Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə “Azərbaycan şəhərciyi”nin açılışı olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib

Paris, 20 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Parisin Sən- Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Azərbaycan şəhərciyi”nin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

“Azərbaycan şəhərciyi” ölkəmizin tarixindən, mədəniyyətindən, o cümlədən turizm imkanlarından bəhs edən müxtəlif sərgiləri özündə birləşdirir. Şəhərciyin təşkil olunmasında əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıtmaq, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir. Heydər Əliyev Fondunun budəfəki təşəbbüsü də məhz bu məqsədə xidmət edir.

Sərginin açılışında çıxış edən Parisin 6-cı rayonunun meri Jan- Pyer Lökoq 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən mer son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə xaricdə bir çox tədbirlərin keçirildiyini, bu sərginin də onların davamı olduğunu vurğuladı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci xanım Mehriban Əliyevanın

çıxışı

- Hörmətli cənab mer!

Hörmətli Azərbaycanın Dostları Assosiasiyasının üzvləri!

Əziz qonaqlar, əziz dostlar, xanımlar və cənablar!

Parisin mərkəzində və onun ən gözəl guşələrindən biri olan Sən-Sülpis meydanında “Azərbaycan şəhərciyi”nin açılışında hər birinizi ürəkdən salamlayıram.

İlk növbədə Azərbaycanı, onun tarixini, incəsənətini və mədəniyyətini tanıdan bu layihənin hazırlanmasına və həyata keçirilməsinə yardım göstərən hər bir şəxsə, xüsusən də Paris şəhərinin 6-cı rayonunun meri cənab Jan-Pyer Lökoqa və onun komandasına dərin minnətdarlığımı bildirirəm.

Fransada həyata keçirilən layihələr Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini tanıtmaqda mühüm rol oynayır.

Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət verir. Mən çox sevinirəm ki, son illər bu münasibətlər strateji əməkdaşlıq xarakteri daşıyır. Həm dövlət, həm də qeyri-dövlət strukturları, biznes sektoru, ictimai təşkilatlar arasında işgüzar əlaqələr qurulur və inkişaf edir.

Azərbaycan ilə Fransa bir çox sahələrdə əməkdaşlıq qurub, xüsusən də şəhərsalma, nəqliyyat, kosmos, şərabçılıq və digər sahələrdə artıq işgüzar əlaqələr yaranıb və bu əlaqələr ildən-ilə inkişaf edir.

Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki milyard dollara çatıb. Azərbaycanda əllidən çox fransız şirkəti fəaliyyət göstərir.

Əlbəttə, xalqlarımız, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində humanitar və mədəniyyət sahəsində olan əlaqələr çox böyük əhəmiyyət daşıyır. Mən çox şadam ki, son iki il ərzində bu sahədə bir çox layihələr həyata keçirilib. Bir misalı sizin diqqətinizə çatdırmaq istərdim. Parisə gəlməmişdən əvvəl, sentyabrın 15-də ölkəmizin paytaxtı Bakıda Azərbaycan dövlətinin vəsaiti ilə inşa olunan ilk fransız liseyinin açılışında mən dövlət başçısı ilə bərabər iştirak etdim və çox şadam ki, müasir təhsil ocağı artıq ilk şagirdlər üçün öz qapılarını açıb.

Fransada isə biz mütəmadi olaraq artıq ənənəvi şəkildə Azərbaycan mədəniyyətini təqdim edən tədbirlər keçiririk və çox sevindirici haldır ki, təkcə Parisdə yox, Fransanın müxtəlif regionlarında, müxtəlif şəhərlərində Azərbaycanı tanıdan, Azərbaycan reallıqlarını çatdıran tədbirlər çox böyük maraqla qarşılanır. Mən çox şadam ki, bizim birgə səylərimiz nəticəsində Fransada Azərbaycanın dostlarının sayı ildən-ilə artır. Bu sırada, bu yaxınlarda öz fəaliyyətini bərpa edən Fransadakı Azərbaycanın Dostları Assosiasiyasını biz ürəkdən salamlayırıq, onun fəaliyyətini alqışlayır və dəstəkləyirik.

Əziz dostlar, bu on gün ərzində “Azərbaycan şəhərciyi”ndə sizlərə Azərbaycanın keçmişi, bu günü və gələcəyi, tarixi, mədəniyyəti, incəsənəti və musiqisi barəsində dolğun məlumat veriləcək. Eyni zamanda, biz zəngin mədəni proqram hazırlamağa çalışmışıq. Ənənəvi və klassik musiqi, caz konsertləri, müxtəlif rəqs ansambllarının çıxışları sizə təqdim olunacaq. Ümidvaram ki, bu layihə də qəlbdən-qəlbə ənənəvi, növbəti bir körpü olacaq.

Sonda qeyd etmək istərdim ki, sərginin, bu yarmarkanın bir hissəsi bildiyiniz kimi, gələn il ölkəmizdə keçiriləcək Avropa Oyunlarına həsr olunub. Bu, həm ölkəmiz, həm də Avropanın idman hərəkatı üçün çox əhəmiyyətli bir tədbirdir. Bu gün Azərbaycanda bütün lazımi tədbirlər görülür və ümidvaram ki, oyunlar əmin-amanlıq, həmrəylik və sağlam rəqabət şəraitində keçiriləcək.

Mən fürsətdən istifadə edərək sizləri bu tarixi Oyunları izləmək üçün ölkəmizə dəvət edirəm.

Əziz dostlar, dəvətimizi qəbul edib bu axşam bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm və sizə xoş axşam arzulayıram. Sağ olun!

X X X
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan- Fransua Mansel də bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini vurğuladı. O, zəngin mədəniyyətə malik ölkəmizin üzləşdiyi ən böyük problemi - Dağlıq Qarabağ münaqişəsini diqqətə çatdırdı və bildirdi ki, Azərbaycan rəhbərliyi bu münaqişəni sülh yolu ilə həll etmək istəyir.

Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq oldu. Bu şəhərcikdə ölkəmizin həyatının müxtəlif sahələri haqqında müfəssəl məlumatlar əksini tapıb. “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisində min illərdir ölkəmizdə yaranıb inkişaf edən mədəniyyət barədə ətraflı məlumat verilir. Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların, o cümlədən misgərlik məmulatlarının, şəbəkələr, milli geyimlər, milli musiqi alətləri və Azərbaycan xalçalarının geniş çeşidinin təqdim olunduğu şəhərcikdə “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha yaxından tanışlıq imkanı yaradılıb.

Burada, həmçinin “Bakı 2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı təqdimat keçirildi, indiyə qədər görülən işlər barədə qonaqlara məlumat verildi.

Sentyabrın 28-dək davam edəcək sərgi-yarmarkada Azərbaycan incəsənət ustaları şəhər sakinlərini və turistləri müxtəlif konsert proqramları ilə salamlayacaqlar. Dövlət rəqs ansamblı, “Natiq” ritm qrupu, Dövlət xalq çalğı alətləri ansamblı, Qədim musiqi alətləri ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim ediləcək.

Açılış mərasimində iştirak edən kəndirbazların və pəhləvanların çıxışları da maraqla qarşılanıb. Müxtəlif Azərbaycan şirkətlərinə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri sərgilənir. Bu da ölkəmizin təbiəti, xalqımızın məişəti, adət-ənənələri barədə qonaqlarda dərin təəssürat yaradır.

“Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi nümayiş etdirən köşklər də qurulub.

Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrlərinin təqdim olunduğu sərginin ən maraqlı bölmələrindən birində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materiallar, həmin dövrə aid arxeoloji tapıntılar - zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalçalar nümayiş etdirilir.

Sonra “Fransa Azərbaycan rəssamlarının gözü ilə” rəsm sərgisi ilə tanışlıq olub. Sərgidə rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri nümayiş olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilib. Əsas qəhrəman da Fransa, onun paytaxtı Paris və regionlarıdır.

Tədbir tanınmış caz ifaçısı, Əməkdar Artist İsfar Sarabskinin konserti ilə davam edib. Parisdə musiqi janrları arasında sərbəstliyi ilə seçilən caz səslənib - müstəqil, eyni zamanda, dərin və mənalı musiqi. Bu axşam Azərbaycan məhz bu musiqinin təqdimatı ilə Parisin qəhrəmanı olub.

Ölkəmizdə çox dərin caz ənənələri var. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır. Azərbaycan cazının əsasında milli ab-havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir caz dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem - caz-muğam üslubudur.

Beləliklə, Azərbaycan Paris tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxıb. Bu gecə Fransa paytaxtında heç bir qaydalara tabe olmayan, yalnız improvizasiyaya təslim olan caz ritmləri hökm sürüb.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq