PARİSDƏ TÜRKİYƏ KONSULLUĞUNA QARŞI TERROR AKTI TÖRƏDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Parisdəki konsulluğuna qarşı terror aktı törədilmişdir. Şənbə günü sübh tezdən naməlum şəxslər konsulluğun yerləşdiyi binanın girişinə partlayıcı maddə atmışlar. Səhər saat 6-da baş vermiş partlayış nəticəsində ciddi dağıntı və insan tələfatı olmamışdır.
Hadisə yerinə gəlmiş polis cinayətkarı tapmaq məqsədi ilə dərhal axtarışa başlamışdır.
Xatırladaq ki, bu, Türkiyənin Parisdəki konsulluğuna qarşı bu ilin əvvəlindən bəri törədilmiş ikinci terror aktıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]