Parisin ictimai nəqliyyatında hibrid və maye qazla işləyən avtobuslardan istifadə olunacaqdır VİDEO
Bakı, 11 iyun (AZƏRTAC). Parisin ictimai nəqliyyatında hibrid və maye qazla işləyən avtobuslardan istifadə olunacaqdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Parisin nəqliyyat idarəsi şəhərdaxili ictimai nəqliyyat üçün 2 min avtobus alınmasına dair dörd tender elan etmişdir. Tenderin ikisini “Iveco Bus” şirkəti qazanmışdır. Şirkət 2014-2017-ci illərdə Paris şəhəri üçün hibrid və maye qazla işləyən 500 sərnişin avtobusu istehsal edəcəkdir.