Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin növbədənkənar sessiyasının ilk iclasında 7 məsələ müzakirə olunub

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib.

Sonra Milli Məclisin sədri bugünkü iclasda 7 məsələnin müzakirə olunacağını söyləyib. O, gündəliyin birinci məsələsinin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) olduğunu bildirib.

Hökumət üzvlərinin, Hesablama Palatasının rəhbərliyinin, digər vəzifəli şəxslərin iştirak etdiyi iclasda məsələ barədə məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov nəzərə çatdırıb.

O bildirib ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və illik hesabat Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunub.

Komitə sədri Prezidentin müxtəlif illərdə dövlət büdcəsi ilə bağlı səsləndirdiyi mühüm tezisləri, o cümlədən “Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin. Eyni zamanda, maliyyə intizamı daha da yüksək səviyyədə olmalıdır”, “Şəffaflıq tam şəkildə təmin edilməlidir”, “Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir”, “İqtisadi artım olmadan, sadəcə, büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir”, “Bizim bütün cari xərclərimiz qeyri-neft gəlirləri hesabına malyyələşdirilməlidir” kimi tövsiyələrini xatırladaraq, ölkə Prezidentinin konseptual xarakterli bu fikirlərinin dövlət maliyyəsinin və büdcə siyasətinin hədəf və prinsiplərini çox aydın şəkildə əks etdirdiyini bildirib.

Azər Əmiraslanov ötən ilin dövlət büdcəsinin dürüstləşdirilmiş büdcə olduğunu, həm də artan büdcə kimi xarakterizə olunduğunu qeyd edib. O, sosial və investisiyayönümlü xərclərin uzlaşdırılmasının və bir-birini tamamlamasının icra edilmiş büdcənin əsas cəhətlərindən olduğunu, bununla yanaşı, onun dayanıqlıq meyarlarına cavab verdiyini, ötən il cari xərclərin 90,1 faizinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını bildirib.

Komitə sədri 2024-cü ildə dövlət büdcəsinin xərclərinin proqnozun 95 faizi həcmində və ya 37,7 milyard manat icra edildiyini söyləyib.

Büdcə kəsirinin 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla, yəni, 3,3 milyard manatla müqayisədə 6,1 dəfə az olduğunu deyib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 5,3 milyard manat vəsait ayrılıb. Həmin vəsaitin 91,1 faizi infrastruktur, 6,6 faizi sosial, 2 faizi minalardan təmizlənmə, 0,3 faizi müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə yönəldilib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyini diqqətə çatdırıb.

O bildirib ki, 2024-cü ilin dövlət büdcəsi ölkə Prezidenti tərəfindən təsdiq edilmiş 2022-2026-cı illəri əhatə edən ölkə strategiyasının ardıcıl olaraq 3-cü ilinin icrası, o cümlədən işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin aparılması üçün büdcədən vəsaitlərin ayrılması, həmin strategiyanın tələblərinə uyğun olaraq ölkədə dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatların ikinci mərhələsinin davam etməsi kimi tədbirlərin icrası ilə müşayiət edilib. Hesabat ilində orta illik inflyasiya son 10 ildə ən aşağı səviyyədə olub, qeyri-neft sektoru üzrə real artım tempi 6,1 faiz təşkil edib, neftin qiymətinin büdcədə nəzərdə tutulandan daha çox olması səbəbindən büdcə göstəricilərinin yaxşılaşması, həmçinin strateji valyuta ehtiyatlarının həcminin bir qədər artması müşahidə edilib.

Palata sədri 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi barədə fikirlərini açıqlayaraq bildirib ki, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2024-cü ildə 36,0 milyard manat məbləğində daxilolmalar təhlil edilib ki, bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,8 faizinə bərabər olub. Aidiyyəti qurumlardan alınmış hesabatlardakı göstəricilərin 2024-cü il dövlət büdcəsinin icrasına dair illik Hesabatda əks etdirilmiş göstəricilərlə əsasən uyğunluq təşkil etdiyi müəyyən olunub. O, həmçinin xərclərin ümumi məbləği, o cümlədən xərc istiqamətləri üzrə məbləğlərlə bağlı qeyd edib ki, 173 qurum üzrə 32,1 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 85,2 faizini təşkil edir. Qanun layihəsinin “Büdcə sistemi haqqında” Qanunun 20.6-cı maddəsi ilə müəyyən edilmiş tələblərə, əsasən uyğun olduğu söylənilib.

V.Gülməmmədov Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatın qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlandığını söyləyib.

Məsələ ətrafında aparılan müzakirələrdə çıxış edən deputatlar öz fikirlərini bildiriblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Milli Məclisin sədri bütün çıxışlarda müsbət fikirlərin söylənildiyini, verilən təkliflərin Hökumət üzvləri tərəfindən nəzərə alınacağını bildirib və məsələni səsə qoyub.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin növbəti məsələsinin Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O qeyd edib ki, qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və “Normativ hüququ aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək.

İclasda məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, layihə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2023-cü il 30 may tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova növbəti beş məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Komitə sədri Azər Əmiraslanov Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Komitə sədri qeyd edib ki, layihədə biznes prosedurlarının sadələşdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində bir sıra dəyişikliklər nəzərdə tutulur.

Sonra komitə sədri Əli Hüseynli Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Diqqətə çatdırılıb ki, layihə üzrə əsas dəyişikliklər Mülki Məcəlləyə təklif edilir, digər qanunlara isə mülki qanunvericilikdən irəli gələn düzəlişlər nəzərdə tutulur.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Layihə üzrə məruzəçi bildirib ki, sənədin birinci oxunuşunda təklif olunan dəyişikliklərin məqsədi, zərurəti, layihənin əhatə dairəsi kimi məsələlər barədə ətraflı məlumat verilib. O, sənədin birinci oxunuşda müzakirəsində deputatların səsləndirdikləri qeyd və təkliflərə komitənin münasibətini diqqətə çatdırıb və vurğulayıb ki, qanun layihəsinin qəbulundan sonra onun icrası çərçivəsində tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları hazırlanacaq. Məruzəçi həmin müəssisələrdə gücləndirilmiş qida rasionunun tətbiq olunması fikri ilə bağlı vurğulayıb ki, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qalma müddətindən və yaşından asılı olaraq, tibb müəssisələrində isə xəstələrin yaşından və xəstəliyindən asılı olaraq yeni qida normalarının təsdiq edilməsi nəzərdə tutulur.

“Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev diqqətə çatdırıb ki, birinci oxunuşda layihə barədə ətraflı məlumat verilib. Komitə sədri qeyd edib ki, layihənin ikinci oxunuşunda da sənədlə bağlı komitəyə heç bir təklif daxil olmayıb.

Gündəliyin sonuncu məsələsi olan "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, birinci oxunuşda layihə ilə bağlı ətraflı məlumat verilib. Dəyişikliklərin qısa mahiyyətini diqqətə çatdıran məruzəçi vurğulayıb ki, sənəddə bütün səhmləri dövlətə məxsus müəssisələrin səhmlərinin (növbəti səhmlərinin) buraxılışı və yerləşdirilməsi prosedurları sadələşdirilir.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq