Payız mövsümündə Ağcabədidə 64 min ədəddən çox tut tinginin əkilməsi nəzərdə tutulub
Ağcabədi, 17 dekabr, AZƏRTAC
Ağcabədi rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Ağcabədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payız mövsümündə rayon ərazisində 64 min 250 ədəd yerli tut tinginin əkilməsi nəzərdə tutulub. Ting əkilən sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, şumlanıb, malalama aparılıb, gübrə verilib. Artıq 55 min 650 ədəd tingin əkilməsi təmin edilib, əkin davam etdirilir. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edirlər. Əkilən ağaclara aqrotexniki qulluq göstərilir, mühafizəsi təşkil edilir.
Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə 54 min 466 kiloqram, 2020-ci ildə 55 min 528 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 400 min ədədə yaxın tut tingi əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]