Payızda “Mənim adımın mənası nədir?” mövzusunda inşa müsabiqəsinə start veriləcək
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Milli QHT Forumu ana dilinin saflığının qorunması mövzusunda QHT-lərlə silsilə ictimai müzakirələr təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu müzakirələrin nəticəsi olaraq, bu günlərdə Elm və Təhsil Nazirliyinə 2026-2027-ci tədris ilində şagirdlər arasında “Mənim adımın mənası nədir?” mövzusunda ümumrespublika inşa müsabiqəsinin keçirilməsi təşəbbüsü ilə müraciət olunub.
“Elm və Təhsil Nazirliyi bu ideyamızı müsbət dəyərləndirib. Nazirlikdən rəsmi cavab almışıq ki, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü əsasında bu ilin payızında məktəblilər arasında bu mövzuda inşa müsabiqəsinin keçirilməsinə başlanacaq", - deyə o diqqətə çatdırıb.
Müxbir - Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]