PAYTAXTDA 127 AVTOXULİQAN SAXLANILMIŞDIR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsindən AZƏRTAC-a bildirmişlər ki, “Sərxoş sürücü təhlükə törədir” devizi ilə keçirilmiş təhlükəsizlik aylığı ərzində paytaxtda 127 avtoxuliqan saxlanılmışdır. İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə (xırda xuliqanlıq) əsasən, saxlanılan şəxslər müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilmişlər.
Bundan əlavə, sürət həddini aşan 4422, qəza şəraiti yaradan 508, işıqforun qadağanedici siqnalına məhəl qoymayan 1283 sürücü aşkar olunmuşdur.