CƏMİYYƏT
Paytaxtda 16 oğurluq hadisəsinin üstü açılıb
Bakı, 27 fevral, AZƏRTAC
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 32 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayətlərin 1-i qəsdən sağlamlığa ağır zərər vurma, 6-sı xuliqanlıq, 7-si narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. İtkin düşmüş kimi barəsində axtarış elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.