Azərbaycan Dövlət İnformasiya Agentliyi

PAYTAXTDAKI KLİNİKİ TİBBİ MƏRKƏZDƏ ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ BAŞA ÇATMIŞDIR

PAYTAXTDAKI KLİNİKİ TİBBİ MƏRKƏZDƏ ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ BAŞA ÇATMIŞDIR
Oktyabrın 10-da Bakıda Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin əsaslı təmirdən və yenidənqurma işlərindən sonra açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Ötən əsrin ortalarında inşa edilən keçmiş Semaşko adına 1 nömrəli şəhər kliniki xəstəxanasının - indiki Kliniki Tibbi Mərkəzin korpuslarının əksəriyyəti qəza vəziyyətində idi. İsitmə, su təchizatı və kanalizasiya sistemləri əslində sıradan çıxmışdı. Tibb texnikası köhnəlmiş, avadanlıq istifadəyə yararsız vəziyyətə düşmüşdü, xəstələr üçün ən elementar şərait yox idi. Bütün bunlar ona gətirib çıxarmışdı ki, xəstəxananın 1815 çarpayısından üçdəikisi istifadəsiz qalırdı. Tibb Universitetinin 13 kafedrası burada yerləşir, xəstəxanada 2000-dən çox tibb işçisi çalışırdı. Amma bunların xəstəxananın səmərəli fəaliyyətinə təsiri yox idi.

Regionda ən böyük tibb mərkəzinin Bakı şəhəri və bütünlükdə respublika üçün əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti tərəfindən vəsait ayrılmış, əsaslı təmir və yenidənqurma işlərinə başlanmışdı. Bu işlər ilyarım ərzində başa çatdırılmışdır. 17 hektar ərazidə yerləşən 15 əsas və yardımçı korpusdan üçü tamamilə yenidən tikilmiş, 43 min kvadratmetrə yaxın sahə əsaslı təmir edilmişdir.

Hazırda mərkəzin zəruri avadanlıq və ən müasir texnika ilə təchiz edilən ümumi və təcili cərrahiyyə, neyrotravma, uşaq cərrahiyyəsi, travmatologiya və ortopediya, üz-çənə cərrahiyyəsi şöbələrindəki 14 əməliyyat blokunda gecə-gündüz hər bir zəruri cərrahi müdaxiləni həyata keçirmək mümkündür.

Mama-ginekologiya korpusunda doğuşa yardım xidmətindən əlavə, xüsusi təhlükəli infeksiyaları olan xəstələrə də tam həcmdə tibbi yardım göstərilir. Ana və uşağın birgə olması üçün nəzərdə tutulan palatalardan başqa, reanimasiya palataları da təşkil edilmişdir.

Mərkəzdə sırf cərrahi profilli və intensiv terapiya şöbələri də yerləşir. Təcili kardiologiya və nevrologiya şöbələrində nəinki tez və dəqiq diaqnoz qoymaq, həm də ən müasir aparatların köməyi ilə damarın zədələnən hissəsində qan dövranını bərpa etmək mümkündür.

Klinik mərkəzin iki korpusu infeksion xəstələrin müalicəsi üçün nəzərdə tutulmuşdur. Bokslaşdırılmış xüsusi palatalar ən müxtəlif infeksion xəstəliklərə yoluxmuş xəstələri hospitalizasiya etməyə imkan verir. Belə profilli müəssisələr üçün ən vacib məqam infeksiyanın yayılma təhlükəsini aradan qaldırmaqdır. Bu məqsədlə burada hər palataya fərdi ventilyasiya sistemi quraşdırılmışdır. Palata və dəhlizlərdə atmosfer təzyiqinin fərqli olması və xüsusi şlüzlər yoluxucu hava-damcı infeksiyaları olan xəstələri hospitalizasiya etməyə imkan verir. Bu, respublikada bütün beynəlxalq standartlara cavab verən ilk infeksion şöbələrdir.

Toksikologiya şöbəsində quraşdırılmış tibbi avadanlıq təkcə patalogiyanın xarakterini deyil, həm də xəstənin orqanizmində toksiki komponentin olub-olmamasını dəqiq müəyyənləşdirir. Həmin şöbədə pasiyentlərdə olan intoksikasiyanı aradan qaldırmaq üçün süni böyrək aparatları da quraşdırılmışdır.

Mərkəzdə tələbələr üçün nəzərdə tutulan korpusda mühazirə və tədris otaqları yaradılmışdır. Burada quraşdırılan kameralar əməliyyatın bütün gedişini izləməyə imkan verir. Müəllimlər monitorlarda ultrasəs müayinəsi, kompyuter tomoqrafiyası, nüvə maqnit rezonans aparatında şəkilləri göstərib onları şərh edə bilər.

Mərkəzdə qanın yığılması, fraksiyası və saxlanması üçün avadanlıqla təmin edilmiş qan bankı da vardır.

Bütün korpuslar fibooptik kompyuter rabitəsi ilə təmin olunmuşdur, müayinələrin nəticələri və müalicə haqqında informasiyalar mərkəzin ümumi kompyuter sisteminə daxil edilir.

Müasir fabrik-mətbəx 1500 xəstəni qida ilə təmin etməklə yanaşı, yaxınlıqda yerləşən digər tibb müəssisələrini də hazır xörəklə təchiz etməyə imkan verir.

Təxirəsalınmaz yardıma ehtiyacı olan xəstələrin əksəriyyəti məhz bu mərkəzə gətirildiyinə görə, burada təcili və təxirəsalınmaz tibbi yardım mərkəzi, dispetçer məntəqəsi də fəaliyyət göstərir.

Mərkəzdə çalışan tibb heyətinə lazımi şərait yaradılması ilə yanaşı, onların övladları üçün xüsusi uşaq bağçası da təşkil edilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə mərkəzin laboratoriya korpusu ilə tanış oldular.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, xəstəxananın 5-ci korpusunun bazasında nadir kliniki-diaqnostik laboratoriya fəaliyyət göstərir. Birinci mərtəbədə qəbul, qanın və biomaterialların işlənməsi üçün hər cür şərait yaradılmış, eləcə də müstəsna analizlər və gecə şəraitində işləmək üçün nəzərdə tutulan ekspres laboratoriya təşkil edilmişdir. Buradakı müasir avadanlığın köməyi ilə geniş spektrdə analiz və tədqiqatlar aparmaq mümkündür.

Laboratoriyada yoluxucu materiallarla iş zamanı şəxsi heyətin təhlükəsizliyi probleminə də diqqət yetirilmişdir.

Azərbaycan səhiyyəsi tarixində ilk dəfədir ki, burada arbitraj (referens) laboratoriyası yaradılmış və müasir avadanlıqla təmin edilmişdir. Bu isə ümumilikdə ölkədə laborator tədqiqatların unifikasiyası və onların dünya standartlarına uyğunlaşdırılması üzrə kompleks tədbirlər görülməsi istiqamətində çox mühüm addımdır. Referens raboratoriyanın avadanlığı tam avtomatlaşdırılmışdır və geniş proqram təminatına malikdir. Burada tədqiqatlarda mümkün ola biləcək səhvləri tamamilə istisna edən daxili nəzarəti həyata keçirmək imkanı da var.

Dövlətimizin başçısı cərrahiyyə korpusunda yaradılan şəraitlə də maraqlandı. Bu korpusun 5-ci mərtəbəsi isə ancaq reanimasiya bölməsindən ibarətdir. 60 çarpayılıq bu bölmə müasir avadanlıqla təmin olunmuşdur.

Sonra mərkəzin tibb işçiləri ilə görüşən Prezident İLHAM ƏLİYEV onlara müraciətlə dedi:

-Sizi xəstəxananın təmirdən sonra fəaliyyətə başlaması münasibətilə təbrik edirəm. Özünüz görürsünüz ki, burada çox gözəl şərait yaradılmışdır. Həm avadanlıq, həm də bütün şərait dünyanın ən yüksək standartlarına cavab verir. Təmir işləri çox keyfiyyətlə aparılmışdır. Siz, burada əvvəllər işləmiş insanlar yaxşı xatırlayırsınız ki, bu xəstəxana hansı vəziyyətdə idi. Ancaq bu gün, sözün əsl mənasında, dünyanın ən qabaqcıl texnologiyaları burada tətbiq olunur. Burada həm işləmək üçün çox gözəl şərait var, həm də xəstələrə ən yüksək tibbi xidmət göstərmək mümkündür. Bu, bir daha onu göstərir ki, Azərbaycanda səhiyyə məsələlərinin həllinə çox böyük diqqət yetirilir. Həm Bakı şəhərində, həm də bütün rayonlarda - hər bir yerdə ən yüksək tibbi xidmət göstərilməlidir.

Mən çox şadam ki, son illərdə həm rayonlarda, həm də Bakıda bir neçə gözəl tibb ocaqları istismara verilibdir. Bir neçəsində də işlər gedir. Məsələn, Bakıda Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun, Onkoloji Mərkəzin tikintisi gedir. Travmatologiya mərkəzi, bölgədə ən nadir mərkəz olacaq böyrəkköçurmə mərkəzi yaradılır. Başqa tibb müəssisələrinin təmiri, yenidən qurulması, yenilərinin tikintisi, təzə avadanlıqla təmin olunması bizə imkan verəcək ki, Azərbaycanda tibb xidməti, səviyyə yüksəlsin.

Əminəm ki, həkimlərin də bu təşəbbüslərə qoşulması çox sevindiricidir. Həkimlər üçün də çox gözəl, müasir şərait yaradılıbdır. Əminəm ki, siz burada xəstələrə yaxşı xidmət göstərəcəksiniz.

Dünyanın müxtəlif yerlərində xəstəxanalarda olmuşam, xarici səfərlərimdə xüsusilə maraqlanmışam, tanış olmuşam. Əsasən inkişaf etmiş ölkələrin həm dövlət, həm də özəl xəstəxanalarında vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, bu, ən yüksək səviyyədədir. Məsələn, Avropada dövlət xəstəxanaları bu xəstəxana ilə heç müqayisə oluna bilməz. Bəli, özəl xəstəxanalar daha yüksək səviyyədədir. Amma Azərbaycanda ən yüksək səviyyə dövlət xəstəxanasında olmalıdır.

İndi özəl tibbi xidmət də yaradılır, inkişaf edir və bu da normal haldır. Ancaq dövlət bu sahədə öz siyasətini çox ciddi aparmalıdır və biz bunu Azərbaycanda görürük. Əminəm ki, növbəti illərdə yeni xəstəxanaların tikintisi davam etdiriləcəkdir. Bax, bu pəncərədən görünən Azərbaycan Tibb Universitetinin tədris terapevtik korpusunun tikintisi uğurla gedir. Mən keçən il bu korpusun təməlini qoymuşdum. Artıq bu gün bina qaldırılıbdır. Bununla bərabər, cərrahiyyə korpusunun tikintisi gedir. Bütün bunlar Azərbaycanda səhiyyə sisteminin güclənməsinə xidmət göstərir.

Ona görə bu gün həm mənim üçün, həm də sizin üçün çox gözəl bir gündür. Bu gözəl xəstəxananın yenidən yaşamasını, canlanmasını birlikdə qeyd edirik. Siz burada yaxşı şəraitdə işləyəcəksiniz. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev cərrahiyyə korpusunda aparılan yenidənqurma işləri ilə də tanış oldu. Sorğu-məlumat köşkünün olduğu bu korpusda uşaq, üz-çənə və ümumi cərrahiyyə bölmələri yerləşir.

Dövlətimizin başçısı mərkəzin yüzə yaxın işçisi olan dispetçer məntəqəsinin fəaliyyəti ilə də tanış oldu. Bildirildi ki, Bakı şəhəri üzrə 103 xidmətinə daxil olan bütün çağırışların yerinə yetirilməsi üçün heç bir problem yoxdur. Müasir kompyuter sistemi, CİPEY sistemi yaradılmış, müasir rabitə vasitələri quraşdırılmışdır. Xüsusi avadanlıq telefon zəngi daxil olanda kömək üçün müraciət edənin dəqiq ünvanını, monitorda isə ona ən yaxın olan təcili yardım maşınının yerini müəyyən etməyə imkan verir. Beləliklə, çağırış ilə bağlı bütün məlumat həmin ünvana ən yaxın yerdə olan həkim briqadasına çatdırılır.

Prezident İlham Əliyev burada yaradılan şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb