Pekində Asiyanın ən böyük sərnişin dəmiryol qovşağı işə başlayıb VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Çinin paytaxtı Pekində Asiyanın ən böyük sərnişin dəmiryol qovşağı istifadəyə verilib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, “Fentay” vağzalının 32 dəmir yolu xətti və bir o qədər də platforması var. Qovşağın ümumi sahəsi 400 min kvadratmetrdir. Hər saat ərzində burada 14 minədək sərnişin yerləşə bilər. İlk mərhələdə vağzal sutkada 120 sərnişin qatarına xidmət göstərəcək.
Çin paytaxtının cənub hissəsindəki eyni adlı rayonda yerləşən “Fentay” dəmir yolu vağzalı 1895-ci ildə tikilib və həm sərnişin, həm də yük daşımalarında istifadə olunub. Onun yenidən qurulmasına 2018-ci ildə başlanıb. Bu, ölkədə yüksək sürətli və adi qatarlara xidmət edən ilk iki yaruslu dəmir yolu vağzalıdır.
Vağzalın yanında metro stansiyasının yerləşməsi sərnişinlərin rahat transferini təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]