Pekində Azərbaycanlıların Soyqırımı Günü qeyd olunmuşdur
Pekin, 31 mart (AZƏRTAC). Çin Xalq Respublikasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycanın Pekindəki səfirliyində təşkil olunan tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Lətif Qəndilov ermənilərin müxtəlif zamanlarda xalqımıza qarşı yürütdükləri soyqırımı siyasətindən danışmışdır. Bildirmişdir ki, 1918-1920-ci illərdə bədnam qonşularımız Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada qanlı cinayətlər törədərək minlərlə insanı vəhşicəsinə qətlə yetirmişlər.
Diplomat XX əsrin əvvəllərində siyasi vəziyyətdən istifadə edən erməni daşnaklarının bolşeviklərin dəstəyi ilə həyata keçirdikləri qırğınların təfərrüatlarını faktlarla diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı həmin hadisələrə siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm sənəddir. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Quba Soyqırımı Memorial Kompleksi həmin hadisələr barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.
Sonda azərbaycanlıların soyqırımına həsr olunan sənədli film nümayiş etdirilmişdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]