PENTAQON HƏRBÇİLƏRİN XARİCİ DİLLƏRİ ÖYRƏNMƏSİNƏ YÜZ MİLYONLARLA DOLLAR XƏRCLƏYƏCƏKDİR
Proqram 5 il müddətinə nəzərdə tutulmuşdur. Hərbçilərin xarici dillərə yiyələnməsində Montereydəki (Kaliforniya ştatı) Hərbi Xarici Dillər İnstitutu fəal iştirak edəcəkdir. İraq əhalisinin danışdığı ərəb dilinə və Əfqanıstanda iki dövlət dilindən biri olan puştu dilinə üstünlük veriləcəkdir. Çin və Koreya dillərinə də diqqət yetiriləcəkdir. Cari ilin aprelindən xarici dilləri bilən ABŞ hərbçiləri digər həmkarlarından artıq əmək haqqı alacaqlar.
ABŞ silahlı qüvvələrinin təxminən 1,4 milyon hərbçisindən yalnız 4 mini ərəb dilini bilir. Pentaqon müqavilə ilə götürülmüş hərbçilərin hesabına bu boşluğu doldurur. ABŞ-ın İraqdakı hərbi kontingentinin tərkibində 5900, Əfqanıstanda isə 500 müqavilə ilə götürülmüş hərbçi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]