Pentaqon İranın Hind okeanında tankerə PUA zərbəsi endirdiyini bildirib
Bakı, 24 dekabr, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyi şənbə günü İrandan buraxılan pilotsuz uçuş aparatının Hind okeanında kimyəvi tankerə zərbə endirdiyi barədə bəyanat yayıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bəyanatda Liberiya bayrağı altında üzən Yaponiyaya və Hollandiyaya məxsus CHEM PLUTO kimyəvi tankerinin Hind okeanında, Hindistanın Qucarat limanından 200 dəniz mili (370 kilometr) aralıda vurulduğu bildirilib. “Birtərəfli hücum pilotsuz aparat tərəfindən İrandan həyata keçirilib”, - deyə Pentaqonun sözçüsü bəyan edib.
İnsident oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra artan regional gərginliyi və gəmi yolları üçün risk dərəcəsini artırıb. Pentaqonun bəyanatında deyilir ki, bu, “2021-ci ildən bəri İranın ticarət gəmilərinə yeddinci hücumudur”. Həmçinin məlumat verilib ki, insident nəticəsində itki olmayıb və tankerin göyərtəsində baş verən qısamüddətli yanğın söndürülüb.
İranın BMT-dəki nümayəndə heyətinin sözçüsü şərh sorğusuna cavab verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]