Perspektivli yeniyetmə boksçuların beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır
Bakı, 21 dekabr, Leyla Qurbanova, AZƏRTAC
“Baku Fayt Lab” klubunun təşkilatçılığı ilə yeniyetmələr arasında boks üzrə açıq turnir gərgin idman mübarizəsi şəraitində davam edir. Turnirdə 20 klubdan 100-dək idmançının iştirakı böyük marağın göstəricisidir. 2001-2002-ci il təvəllüdlü idmançıların mübarizə apardıqları turnirdə bu gün yarımfinallar başa çatdı. Boksçularımız yüksək ustalıq nümayiş etdirirlər. Yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalib və mükafatçıları bu turnirdə güclərini sınayırlar.
Bu sözləri “Baku Fayt Lab” klubunun baş məşqçisi Rasim Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
Boksçularımızın beynəlxalq yarışlarda mühüm uğurlar qazandıqlarını və ən güclü rəqiblərdən hesab edildiklərini vurğulayan baş məşqçi bildirib: “Azərbaycan boks məktəbi dünya şöhrətli idmançılar yetişdirib. “Baku Fayt Lab” klubunun açıq birinciliyi təşkil etməkdə məqsədi bu yaş qrupunda perspektivli idmançıları üzə çıxarmaqdır. Məşqçi korpusu yarışları diqqətlə izləyir. Böyük potensialı olan perspektivli yeniyetmə boksçuların beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır.