PERUDA ƏSRARƏNGİZ AMERİKA MƏDƏNİYYƏTİNİN QƏDİM MƏBƏDİ TAPILMIŞDIR
Obyektin artıq ilk tədqiqatları belə qənaətə gəlməyə imkan verir ki, Cənubi Amerikada Misir və Mesopotamiya sivilizasiyaları ilə müqayisə edilə biləcək əsrarəngiz mədəniyyət mövcud olmuşdur. Peru hökumətinin icazəsi ilə hazırda orada genişmiqyaslı qazıntılara başlanmışdır.
Hələ keçən ilin yayında Peruda işləyən yapon arxeoloqu Haku Sakane və “Sukuba” Universitetinin professoru Masaki Fudzisava paytaxt Limadan 100 kilometr şimalda yerləşən qədim kurqanı öyrənməyə başlamışlar. Orada 8 metr dərinliyində çala aşkarlanmışdı. Onu qədim əşya axtaranlar qazmışlar. Çalanın öyrənilməsi hündürlüyü 10 metrə çatan qədim məbədin əsas divarlarını üzə çıxarmağa imkan vermişdir.
Həmçinin sübut edilmişdir ki, ehram formasında olan bu məbəd azı 5-7 dəfə yenidən tikilmişdir. Onun daxilində mərasim üçün mürəkkəb formalı ocaq yerləri, parça qalıqları aşkara çıxarılmışdır.
Bundan əvvəl Peru paytaxtından 150 kilometr şimalda oxşar formalı onlarca tikili aşkar edilmişdir. Onlar qitədə ən qədim obyektlər sayılırdı. Lakin onlardan ən qədimi təxminən 4600 il əvvəl tikilmişdir.