Peter Macyar: Macarıstana “Drujba” kəməri ilə neft nəqli gələn həftə bərpa oluna bilər
Bakı, 17 aprel, AZƏRTAC
“Drujba” boru kəməri ilə Macarıstana Rusiya neftinin nəqli gələn həftə bərpa oluna bilər.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Macarıstan müxalifətinin lideri, partiyası parlament seçkilərində qalib gəlmiş Peter Macyar bildirib. Onun sözlərinə görə, Macarıstanın neft və qaz qrupu MOL tərəfdaşlarından aldığı məlumatlara əsasən boru kəməri ilə neft tədarükünün yenidən başlamasını gözləyir. Boru kəməri ilə nəqlin dayandırılmasının səbəbləri və tranzitin tam bərpası üçün mümkün müddət açıqlanmayıb.
Daha əvvəl bildirilirdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski Viktor Orbanın Macarıstan parlamentinə seçkilərdə məğlubiyyətindən sonra “Drujba” boru kəmərinin təmirini sürətləndirməyi tapşırıb. Təmir işlərinin aprelin sonunadək yekunlaşması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]