PİRALLAHI QƏSƏBƏSİNDƏ YENİ İDMAN MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində yeni idman mərkəzinin açılış mərasimi olmuşdur.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, mərkəz “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq inşa edilmişdir. İdman mərkəzinin açılışını mühüm hadisə kimi dəyərləndirən nazir paytaxtın digər qəsəbə və kəndlərində də bu tipli idman obyektlərinin tikilib istifadəyə veriləcəyini söyləmişdir.
A.Rəhimov demişdir ki, bu layihələrin həyata keçirilməsində əsas məqsədlərdən biri də gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.
Tədbirdə çıxış edən Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov və Milli Məclisin deputatı Rauf Əliyev Pirallahı gənclərini yeni idman mərkəzinin açılışı münasibətilə təbrik etmişlər.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]

