Pit Heqset: İrandakı yeni rejimi ağıllı seçim etməyə çağırırıq
Bakı, 16 aprel, AZƏRTAC
İran firavan gələcək seçə bilər və ümid edirik ki, İran hakimiyyəti xalqı üçün bunu edəcək.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında ABŞ müharibə katibi Pit Heqset deyib.
O bildirib ki, lazım olduğu müddətcə ABŞ blokadanı qoruyacaq.
“Lakin İran səhv seçim edərsə, onda blokada olacaq və enerji infrastrukturuna bombalar yağdırılacaq. Eyni zamanda, maliyyə katibi Skott Bessent və maliyyə departamenti “İqtisadi Qəzəb” əməliyyatına başlayıb və İran hökumətinə iqtisadi təzyiqi maksimum dərəcədə artırırlar. İrana gəldikdə isə demək istəyirəm ki, ağıllı seçim edin. Dünya izlədi, siz də izlədiniz. ABŞ ordusu böyük döyüş əməliyyatlarından dünyasəviyyəli blokadaya problemsiz keçdi. Biz bu keçidi yenidən və hətta əvvəlkindən daha güclü şəkildə edə bilərik. Prezident Trampın göstərişi ilə müharibə departamenti İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin edəcək. Biz bunu gözəl şəkildə, razılaşma yolu ilə etməyi üstün tuturuq, yoxsa bunu çətin yolla da edə bilərik. Biz bu yeni rejimi ağıllı seçim etməyə çağırırıq”, - deyə Heqset əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]