PİYADA XƏSTƏXANADA ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Ağdaş rayonunun Orta Ləki kəndi ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Ləki qəsəbə sakini Rüstəm Abdullayev “VAZ-2107” markalı avtomaşınla Araz Qasımovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmamışdır.