PİYADANIN HƏYATINI XİLAS ETMƏK MÜMKÜN OLMAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərinin H.Əliyev prospektində Yevlax rayon sakini Samir Nağızadə idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla şəhər sakini Sevil Bayramovanı vurmuşdur. Xəsarət alaraq xəstəxanaya aparılmış Sevil Bayramovanın həyatını xilas etmək mümkün olmamışdır.
Sabirabad rayonunda isə “Azərkod” ATSC-yə məxsus “Muğan” pambıq zavodunun ərazisində Müşfiq Mustafayev idarə etdiyi “MTZ” markalı traktorla müəssisənin işçisi Nihad Şaxçıyevi vurmuşdur. Nihad Şaxçıyev hadisə yerindəcə ölmüşdür.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]