PİYADANIN HƏYATINI XİLAS ETMƏK MÜMKÜN OLMAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərinin Heydər Əliyev prospektində Yevlax rayonunun sakini Samir Nağızadənin idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla şəhər sakini Sevil Bayramova vurulmuşdur. Xəstəxanaya aparılmış yaralının həyatını xilas etmək mümkün olmamışdır.
Sabirabad rayonunda isə “Muğan” pambıq zavodunun ərazisində işçi Nihad Şaxçıyev Müşfiq Mustafayevin idarə etdiyi “MTZ” markalı traktorun altında qalmış və hadisə yerində ölmüşdür.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.