PLANETİMİZDƏ HƏR DÖRD XƏSTƏLİKDƏN BİRİ ƏTRAF MÜHİTİN TƏSİRİ İLƏ BAĞLIDIR
Malyariya, yoluxucu diareya, respirator xəstəlikləri və zədələr ətraf mühitlə əlaqədar ölüm halları doğuran əsas xəstəliklərdir.
Sanitariya-gigiyena şaraitini və suyun keyfiyyətini yaxşılaşdırmaqla, malyariyadan ölüm hallarını 40 faizdən çox, diareyadan ölüm hallarını isə 94 faiz azaltmaq mümkündür. Havanın çirkləndirilməsi və passiv siqaret çəkmək əleyhinə yönəldilmiş, daha təmiz və təhlükəsiz yanacaq növlərindən istifadə olunması ağciyər xəstəliklərindən ölüm hallarının səviyyəsini xeyli azalda bilər. Şəhərlərin səmərəli layihələndirilməsi yol-nəqliyyat qəzaları nəticəsində ölüm hallarının sayını azaltmağa imkan verəcəkdir.
Bütövlükdə, ətraf mühitlə bağlı təhlükələri azaltmaqla, 4 milyon adamın, o cümlədən 5 yaşınadək 2 milyon uşağın həyatını xilas etmək mümkündür.