PLANETİN ƏN QOÇAMAN SAKİNİ 113 YAŞINI QEYD ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, planetin ən qoçaman sakini Tomodzi Tanabe sentyabrın 18-də Yaponiyanın Küsü adasındakı Miyakonodzio şəhərində öz doğma evində 113 yaşını qeyd etmişdir. Bu münasibətlə adı Ginnesin Rekordlar kitabına düşən Tomodzi Tanabe yerli hakimiyyətin başçısından bir dəstə gül almışdır.
Dünyanın ən qoçaman sakini olan 113 yaşlı kişi “hələ çoxmu yaşamaq istəyirsiniz” kimi nəzakətsiz sualın cavabında demişdir: “Mən hələ ölmək istəmirəm”.
Tanabe beşinçi oğlu və gəlini ilə birlikdə yaşayır. Hər gün gündüz saat 3-də bir stəkan süd içir və bunu uzunömürlülüyün sirri hesab edir. O, spirtli içki içməməyi və siqaret çəkməməyi tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]