PLATFORMA İKİNCİ RÜBDƏ İSTİSMARA VERİLƏCƏK
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun tikinti-quraşdırma sahəsində 15 min ton ağırlığında Şərqi Azəri platformasının üst modullarının inşası aparılır. İşlər cədvəli qabaqlamaqla gedir. Bütün modullar və qazma buruğu artıq birləşdirilmiş göyərtə üzərinə quraşdırılmış, bununla da üst modulların yığılması 82 faiz tamamlanmışdır.
Platformanın dayaq blokunun tikinti-quraşdırma sahəsində quraşdırılması işləri də başa çatdırılmışdır və o, dənizdəki quraşdırma sahəsinə yola salınmaq üçün barja yüklənmişdir.
Platformanın dənizdə quraşdırılması 2006-cı ilin ikinci rübündə başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:12]
® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]