Polad Bülbüloğlu: Azərbaycanın Rusiyadakı yeni səfirinin namizədliyi hələ müəyyən edilməyib
Moskva, 19 avqust, AZƏRTAC
Azərbaycanın Rusiyadakı yeni səfirinin namizədliyi hələ müəyyən edilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində bildirib.
Diplomat ümidvar olduğunu bildirib ki, yeni səfir hansısa qlobal məsələlərlə məşğul olmayacaq, çünki bu gün onlar mövcud deyil.
Polad Bülbüloğlu əlavə edib: “Amma iki ölkə arasında təkcə siyasi və iqtisadi məsələlər deyil, həm də mədəni, ictimai və humanitar sahələrə aid geniş gündəlik mövcuddur. Ona görə də, əlbəttə, görüləsi çox iş var. Artıq indidən öz xələfimə böyük uğurlar arzulamaq istəyirəm”.
Rusiyanın Azərbaycanda baş konsulluğunun açılması ilə bağlı sualı cavablandıran Polad Bülbüloğlu qeyd edib ki, hazırda bu məsələ müzakirə olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]