Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polad Bülbüloğlu UNESCO-nun baş direktoru seçiləcəyi halda öz planları barədə danışıb

Polad Bülbüloğlu UNESCO-nun baş direktoru seçiləcəyi halda öz planları barədə danışıb

Moskva, 5 aprel, AZƏRTAC

Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu “Rossiyskaya qazeta”ya müsahibəsində bu təşkilatın gələcək fəaliyyətini necə təsəvvür etməsi barədə danışıb. AZƏRTAC müsahibəni təqdim edir.

-Siz mədəniyyət və siyasət sahəsində çox zəngin təcrübə sahibisiniz. UNESCO-da işləmək perspektivi Sizin üçün yeni mərhələdir. Siz bunu necə qiymətləndirirsiniz və həmin təşkilatın rəhbəri vəzifəsinə iddiaçılar siyahısına daxil edildiyinizi biləndə hansı hisslər keçirdiniz?

-Həqiqətən, mənim yaşıdlarımın fəal nümayəndələri əslində bir neçə epoxada yaşayıblar. Bu epoxaların hər biri bizim formalaşmağımıza və inkişafımıza öz təsirini göstərib. Mən Azərbaycanın mədəniyyət naziri vəzifəsinə hələ sovet dövründə təyin edilmişdim. O vaxt dəyərlər sistemi və bütün ictimai həyatın təşkili tamamilə indikindən fərqli idi. Lakin az sonra SSRİ-nin dağılması ilə əlaqədar entropiya prosesləri başlandı: hər tərəfdə dağıntı göz qabağında idi, hətta ən zəruri ehtiyacları ödəmək üçün pul çatışmırdı. Bu şəraitdə mədəniyyətin maliyyələşdirilməsi minimum həddə düşmüşdü, onu da aylarla ləngidirdilər. İnsanlar sözün hərfi mənasında güclə yaşayırdı.

Lakin biz, necə deyərlər, ruhdan düşmədik. “Əl ilə idarə etmə” rejimində müxtəlif çıxış yolları tapmaq, bütün resursları səfərbər etmək, insanlarla iş aparmaq və mövcud olanları qoruyub saxlamağın zəruri olmasını bu insanlara izah etmək lazım gəlirdi. İndi o mürəkkəb dövrü, 1990-cı illərin əvvəlini xatırlayanda başa düşürəm ki, həmin sınaqlar sayəsində mən, indiki terminlərlə desək, böhran meneceri təcrübəsi qazanmışam. O vaxt biz bütün mədəniyyət müəssisələri sistemini qoruyub saxlaya bildik: heç bir muzey, kitabxana, musiqi məktəbi bağlanmadı, xalq özfəaliyyət ansamblları da daxil olmaqla heç bir yaradıcı kollektiv ləğv edilmədi... Bundan əlavə, biz yeni reallıqların tələblərinə cavab verən yeni mədəni siyasətin təməlini qoymağın zəruriliyini dərk etdiyimiz üçün həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq əməkdaşlığı inkişaf etdirməyin vacib olmasın başa sala bildik. Biz UNESCO ilə, Avropa Şurasının humanitar institutları ilə münasibətləri, necə deyərlər, sıfırdan başlayaraq qurur və bu zaman MDB çərçivəsində mövcud əlaqələri qoruyub saxlamağa, ənənəvi əlaqələri dəstəkləməyin ən münasib formalarını tapmağa çalışırdıq.

Məsələn, 1996-cı ilin noyabr ayında UNESCO-nun baş direktoru Federiko Mayor Azərbaycan və Şərq ədəbiyyatının klassiki Məhəmməd Füzulinin 500 illiyinə həsr edilmiş təntənəli tədbirlərdə iştirak etmək üçün mənim dəvətimlə Bakıya gəldi. 2000-ci ildə UNESCO “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinə patronajlıq etdi, təşkilatın Parisdəki qərargahında “Dədə Qorqud Günləri” keçirildi.

2000-ci ildə mənim rəhbərliyimlə “Azərbaycan Respublikasında mədəni siyasət” adlı icmal hazırlandı. Avropa Şurasının Mədəni Siyasət Departamentinin və Avropa Müqayisəli Mədəni siyasət və İncəsənət Tədqiqat İnstitutunun layihəsi çərçivəsində tərtib edilmiş, müvafiq sahədə məlumatların sistemləşdirilməsi üzrə ilk təcrübə olan bu icmal Avropa Şurasının “Avropada mədəni siyasət” layihəsinin iştirakçısı olan bütün ölkələr arasında ən uğurlu icmallardan biri hesab edildi.

SSRİ kimi nəhəng ölkənin parçalanmasından sonra yaranmış hərc-mərclik şəraitində yeni müstəqil dövlətlər humanitar körpülərin qorunub saxlanmasına ehtiyac hiss edirdi. Belə qarşılıqlı fəaliyyət üçün baza qismində ilk növbədə ortaq mədəniyyət və ortaq dil amili çıxış edə bilərdi. Biz, türkdilli dövlətlərin mədəniyyət nazirləri, bu mülahizələri əsas götürərək TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatını təsis etdik. 1994-cü ildən 2008-ci ilədək bu təşkilatın baş direktoru mən olmuşam. Yadımdadır, türkiyəli jurnalistlərin təklifi ilə onu “Türk dünyasının UNESCO-su” adlandırmağa başladılar. 1996-cı ildə isə mən bu gənc təşkilat ilə UNESCO-nun bir-birini qarşılıqlı tanıması və əməkdaşlığı haqqında müqavilə imzaladım.

Sonrakı dövrdə, mən artıq Rusiyada səfir olduğum vaxtda da humanitar əməkdaşlıq problemləri ilə məşğul olmağı davam etdirirdim. 2009-cu ildə məni MDB iştirakçıları olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) idarə heyətinin sədri seçdilər və bu günə qədər həmin vəzifədəyəm.

Buna görə Azərbaycan Hökumətinin UNESCO-nun baş direktoru vəzifəsinə mənim namizədliyimi irəli sürmək barədə qərar qəbul etməsi xəbəri mənim üçün müəyyən mənada gözlənilməz olsa da, eyni zamanda, bu qərar mənim qarşımda humanitar əməkdaşlıq sahəsində ölkəmizdə toplanmış müsbət təcrübənin qlobal səviyyədə yayılmasına dair konkret vəzifələr qoymuş oldu.

İlk növbədə qeyd etmək istəyirəm ki, UNESCO-nun BMT-dən sonra ikinci ən məşhur və nüfuzlu qlobal təşkilat olması heç də təsadüfi deyil. Bu, UNESCO-nun fəaliyyətinin cəmləşdiyi problemlərlə izah edilir. BMT sisteminin mühüm məsələlərlə məşğul olan digər ixtisaslaşdırılmış orqanlarına böyük hörmətim var, lakin etiraf etmək lazımdır ki, məhz təhsil, elm və mədəniyyət problemləri praktiki olaraq planetimizin bütün əhalisinə aiddir. Bu sahədə işlərin vəziyyəti cəmiyyətdə daha canlı əks-səda doğurur.

1946-cı ildə müəyyən ideallar naminə yaradılmış UNESCO yenə həmin ideallara xidmət edir. Mənim fikrimcə, insan potensialının inkişafının təmin edilməsi naminə müxtəlif identikliklərin dialoqunun və sülh mədəniyyətinin təbliği bizim can atmalı olduğumuz mütləq məqsəddir. Lakin indi də böhranlı dövrdür və bunu gizlətmək lazım deyil. Bu gün bütövlükdə dünya birliyi kimi, UNESCO da öz hədəflərinə gedən yolda müəyyən çətinliklərlə üzləşir. Maliyyə resurslarının qıtlığı göz qabağındadır. Məsəl var, deyərlər “ayağını yorğanına görə uzatmaq lazımdır”. Bu məqamda qafqazlılara xas olan bir tost yada düşür: “Kaş bizim imkanlarımız arzularımızla üst-üstə düşəydi”. UNESCO-da belə bir zarafatyana tost demək yerinə düşərdi. Lakin ciddi desək, təkcə gəlişigözəl sözlərlə problemləri həll etmək olmaz. UNESCO-nun fəaliyyətinin optimallaşdırılması, iştirakçı ölkələrdən hər biri üçün ən vacib prioritetlərin müəyyən edilməsi, bu məsələdə marağı olan tərəfdaşlar cəlb edilməklə səylərin səmərəli əlaqələndirilməsi üzrə hərtərəfli ölçülüb-biçilmiş, planlı iş aparılmalıdır. Yəni mənim fikrimcə, topladığım böhran menecmenti təcrübəsi hələ faydalı ola bilər.

-Biz siyasi böhranlarla dolu, iqtisadi baxımdan qeyri-sabit bir dövrdə yaşayırıq. Bu, dəyərlər sistemində bəşəriyyətin mədəni sərvətlərinin roluna necə təsir göstərir?

-Dünyada heç nə tamamilə təcrid edilmiş şəkildə mövcud ola bilməz. Mədəni sərvətlər və kütləvi şüurda baş verən proseslər isə konyunktur təsirlərinə çox həssas olan məsələlərdən biridir. Deməli, bizim mədəni irsimizi qoruyub saxlamaq naminə ehtimal edilən neqativ təsirləri minimuma endirmək və əksinə, müsbət dəyişikliklərin effektini artırmaq istiqamətində real addımlarla təsdiqlənən aydın şüur olmalıdır.

Hesab edirəm ki, bu baxımdan Azərbaycan uğurlu nümunələrdən biri kimi çıxış edə bilər. Bizim ölkəmizdə tarixi obyektlərin qorunub saxlanmasına böyük diqqət və qayğı göstərilir. Belə obyektlərdən ikisi (“Bakıdakı İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə” və “Qobustan qayaüstü rəsmləri”), müvafiq surətdə 2000-ci və 2007-ci illərdə UNESCO-nin Dünya İrs Siyahısına daxil edilib. Biz həm də Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısının formalaşmasında fəal iştirak edirik. Hazırda biz həmin siyahıda yeddi milli elementlə təmsil olunmuşuq, daha iki element isə ölkələr qrupuna aidiyyəti olan elementlər kimi əks olunub.

Əcdadlarımızdan bizə qalmış mirasın qorunması sahəsində gedən prosesləri təhlil etsək, Azərbaycanda iqtisadi nailiyyətlərin mədəniyyətin qorunub saxlanmasına və inkişafına çevrilməsi göz qabağındadır. Hesab edirəm ki, bu müsbət təcrübəyə qlobal miqyasda da tələbat ola bilər.

-Silahlı münaqişələr minlərlə insanı həyatdan məhrum etməklə bərabər, həm də mədəni irsə ziyan vurur. Yaxın dövrə aid misallardan biri Palmiranın terrorçular tərəfindən dağıdılmasıdır. Tarixi necə qorumaq olar?

-Siz tamamilə haqlı sual verirsiniz. Bu, bəşəriyyətin qarşılaşdığı əsas təhdidlərdən biridir. Bütöv ölkələr xaosa cəlb edilir, onların xalqları saysız-hesabsız bəlalarla üzləşir, qaçqınlara çevrilir. Mədəniyyət obyektləri isə tamamilə müdafiəsiz qalır, onlar bombalardan və yeni barbarlar tərəfindən məhv edilməkdən qaçıb qurtara bilmirlər. Düzdür, Silahlı Münaqişələr Zamanı Mədəni Dəyərlərin Qorunması Barədə hələ 1954-cü ildə Haaqada qəbul edilmiş Konvensiya, bir sıra başqa beynəlxalq sənədlər var. Lakin təəssüf ki, cinayətkarlar konvensiyaları rəhbər tutmurlar. Azərbaycan bunu öz acı təcrübəsində görüb, işğal edilmiş ərazilərdə mədəni irs obyektlərinin dağıdılması ilə üzləşib.

Beləliklə, aşkardır ki, formal sazişlərlə yanaşı, hətta tənzimlənməmiş münaqişələr halında da mədəniyyət vasitəsilə dialoq şəraitinin formalaşması sahəsində fəaliyyət göstərmək lazımdır. Deyə bilərəm ki, mən bu sahədə də müsbət təcrübə toplaya bilmişəm.

DHƏF-in idarə heyətinin sədri kimi mən öz həmkarım, 2010-2013-cü illərdə DHƏF-in icraçı direktoru olmuş Ermənistanın sabiq mədəniyyət naziri və bu ölkənin Rusiyadakı səfiri Armen Smbatyanla ünsiyyətdə olmuşam. Hər ikimiz musiqiçi, mədəniyyət xadimi olduğumuzdan aydın təsəvvür edirdik ki, musiqi dilinin tərcüməyə ehtiyacı yoxdur və o, insanların qəlblərinə yol tapır. 2010-cu ildə biz maestro Spivakovun rəhbərliyi ilə MDB-nin Gənclərdən ibarət Simfonik Orkestrinin konsertlərini təşkil etməyə nail olduq. Azərbaycandan və Ermənistandan olan gənc musiqiçilər həmin orkestrin heyətində həm Bakıda, həm də Yerevanda birgə çıxış etdilər.

Bundan əlavə, DHƏF çərçivəsində Armen Baqratoviç ilə birgə işlədiyimiz bütün üç il ərzində hər iki ölkə Fond xətti ilə keçirilən tədbirlərdə fəal iştirak edib, öz ərazilərində müxtəlif layihələri reallaşdırıblar. Erməni tərəfi o dərəcədə fəal idi ki, bəzən mən öz həmvətənlərimi onlardan geri qalmamağa təşviq etməli olurdum.

Fikrimcə, bunun sirri ondadır ki, belə təşkilatların işini heç vaxt ifrat dərəcədə siyasiləşdirmək lazım deyil. Biz öz fəaliyyətini sırf mədəni layihələr üzərində cəmləşdirmiş TÜRKSOY çərçivəsində məhz bu cür hərəkət edirdik. Yəqin ki, bugünkü mürəkkəb şəraitdə UNESCO da bu prinsipə riayət edilməsinə ehtiyac duyur.

Seçkilərə hazırlıq çərçivəsində rəsmi müsahibələr prosesi təşkilatın İcraiyyə Şurasının bu il aprelin sonu - martın əvvəlində keçiriləcək sessiyasında başlanacaq. Bu proses oktyabr ayına, Şuranın növbəti sessiyasına qədər davam edəcək, həmin sessiyada ən çox səs toplamış namizədin müəyyən edilməsi məqsədilə gizli səsvermə keçiriləcək. Bu namizəd də noyabrın birinci yarısında UNESCO-nun Baş Konfransının sessiyasının müzakirəsinə təqdim ediləcək.

Prioritetlərə gəldikdə isə, artıq dediyim kimi, UNESCO-da siyasi savaşların minimuma endirilməsini zəruri hesab edirəm. Təəssüf ki, qarşıdurma üçün formatlar onsuz da çoxdur. UNESCO-nun vəzifəsi isə humanitar sahədə fəallıq vasitəsilə sülhə nail olmaqdır.

Əlbəttə, təşkilatın indiki mürəkkəb böhranlı şəraitə ciddi uyğunlaşması zəruridir. Lakin necə deyərlər, “yolçu yolda gərək”. Mən bu istiqamətdə yolun özümə aid hissəsini keçməyə hazıram. Ümidvaram ki, bu yolun sonunda bütün tərəfdaşlarla qarşılıqlı fəaliyyətdə qürur duymağa əsas olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub