Politico: Qərb Ukraynaya F-16 tədarükünə 2024-cü ilin əvvəlində başlaya bilər
Bakı, 23 iyun, AZƏRTAC
Qərb ölkələri Ukraynaya F-16 qırıcı təyyarələrinin tədarükünə 2024-cü ilin əvvəlində başlaya bilər.
AZƏRTAC xəbər verir ki, Politico nəşri bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, təyyarələrin Kiyevə dəqiq çatdırılma tarixi hələ də müzakirə edilir, lakin bəzi siyasətçilər tədarüklərin gələn ilin ilk aylarında başlaya biləcəyini düşünür. Bundan başqa, qırıcıların Kiyevə hansı ölkələr tərəfindən veriləcəyi məsələsi də açıq qalır. Siyasətçilərin fikrincə, həmin ölkələr çox güman ki, ukraynalı pilotların təlimi üzrə təşəbbüsə başçılıq edən Niderland və Danimarka ola bilər, lakin yekun qərar hələ qəbul edilməyib.
ABŞ Prezidenti Cozef Bayden mayın 21-də G7 sammitinin nəticələrinə həsr olunan mətbuat konfransında Qərbin ukraynalı pilotlara dördüncü nəsil təyyarələrin, o cümlədən F-16 qırıcılarının idarə edilməsi üzrə təlimlər keçəcəyini elan edib. Birləşmiş Ştatlar liderinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan isə öz növbəsində bildirib ki, Vaşinqton qırıcıları Kiyevə hansı dövlətlərin verəcəyini yaxın zamanlarda həmfikirləri ilə birlikdə müzakirə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]