İDMAN
Polo üzrə Azərbaycan millisi İtaliyada Avropa çempionatında iştirak edəcək
Bakı, 19 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 20-də İtaliyanın Siyene şəhərində Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə polo üzrə Avropa çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycan, Avstriya, Almaniya, Fransa, Hollandiya, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya və İtaliya yığma komandaları iştirak edəcəklər.
Azərbaycan milli komandası ilk dəfə Avropa çempionatının iştirakçısı olacaq. Yığmamız sentyabrın 20-də Hollandiya, iki gün sonra Fransa, sentyabrın 24-də Slovakiya, ayın 26-da isə İtaliya yığması ilə qarşılaşacaq.
2015-ci ildə Bakıda arena polo üzrə Avropa çempionatında millimizin qələbəsi qitənin aparıcı komandalarını yığmamıza güclü rəqib kimi yanaşmağa və idmançılarımız ilə görüşlərə ciddi hazırlaşmağa məcbur edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]