Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pomidor güvəsi və onunla mübarizə üsulları

Pomidor güvəsi və onunla mübarizə üsulları

Bakı, 2 aprel, AZƏRTAC

Tərəvəzlər qida rasionunda ən çox istifadə edilməsi tövsiyə olunan məhsullardan biri hesab edilir. Tərkibində insan orqanizmi üçün xeyirli olan karbohidrat, zülal, vitaminlər, mineral duzlar, üzvi turşular, aromatik maddələr və qələvilərin olduğunu nəzərə alsaq, gün ərzində orta hesabla 300-400 qram müxtəlif növ tərəvəzlərlə qidalanmaq olduqca vacibdir.

Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a ünvanlanan maarifləndirici materialda bildirilir ki, hazırda elmə məlum olan 1200-ə qədər mədəni və yabanı tərəvəz bitkisi var. Tərəvəzlər açıq şəraitdə və istixana şəraitində becərildiyinə görə birinciyə açıq, ikinciyə isə örtülü sahə tərəvəzçiliyi deyilir. Son dövrlərdə iqlim dəyişkənlikləri nəticəsində baş verən aramsız yağıntılar, bəzən yüksək hərarətin təsiri ilə quraqlığın yaranması və s. çatışmazlıqlar açıq şəraitdə tərəvəz becərilməsini çətinləşdirir. Belə olan halda bitkiləri əlverişsiz hava şəraitindən qorumaq üçün örtülü şəraitdə, yəni istixana istehsalına ehtiyac yaranır. Bundan başqa əhalinin ilboyu təzə-tər tərəvəz məhsulları ilə təmin edilməsində örtülü sahə tərəvəzçiliyinin əhəmiyyəti böyükdür. Çünki tərəvəz məhsulları az kalorili olub, əsas qida sayılmır, onların tərkibində insan orqanizmi üçün lazımi maddələrin zəngin olmasına baxmayaraq toplanıb qalmır və gündəlik maddələr mübadiləsində sərf olunub qurtarır. Bu baxımdan orqanizmin sağlam qalması üçün hər gün tərəvəzlə qidalanmaq lazımdır.

Örtülü sahədə tərəvəz bitkilərindən ən geniş becərilənlər pomidor, xiyar, badımcan və bibər hesab olunur. Hazırda respublikamızda çoxlu istixana fəaliyyət göstərir. Becərilən məhsullara düzgün qulluq edilməyəndə, onları zərərli orqanizmlərdən qorumayanda məhsulun əmtəəlik keyfiyyəti aşağı düşür, məhsuldarlıq zəif olur və görünüşünü itirir. Zərərli orqanizmlərlə sirayətlənmiş məhsulların ixrac potensialı da azalır. Dünyanın əksər ölkələrində pomidor istixanalarında əsasən pomidor minalayıcı güvəsinə rast gəlinir. Ona görə də sahibkarlara istixanalarda pomidor minalayıcı güvəsinə rast gəldikdə diqqətlə yanaşıb, müvafiq mübarizə tədbirləri aparmaqları tövsiyə edilir.

Həmin zərərli orqanizmin hər inkişaf fazasına uyğun əlamətləri və mübarizə tədbirlərini təqdim edirik.

Pomidor güvəsi (Tuta absoluta)

Quruluşu və həyatı:

Yetkin fərdlər. Pomidor minalayıcı güvəsinin yetkin fərdləri uzun, nazik olub, üst qanadları gümüşü-boz və ya qəhvəyi rəngə çalır. Bədəninin uzunluğu 6 mm, qanad genişliyi isə 10 mm-dir. Ön qanadları dar, gümüşü boz (və ya açıq qəhvəyi) üzərində müxtəlif ölçülü xarakterik nöqtəşəkilli ləkələr var. Bığcıqları sapşəkillidir.

Yumurtalarının uzunluğu 0.4 millimetr, eni 0.2 millimetr olub silindir şəkilli, qəhvəyi-sarı rəngdədir.

Sürfələr dörd yaş mərhələsi keçirir. Yumurtadan təzə çıxmış sürfələr krem rəngində olub baş hissəsi tünddür. İkinci yaş mərhələsində dördüncü yaş mərhələsinə keçdikcə rəngi yaşıldan açıq çəhrayıya qədər dəyişir. Birinci yaş mərhələsində olan sürfələrin uzunluğu 0,9 millimetr, dördüncü yaş mərhələsində olanlarınkı isə 7,5-8 millimetr təşkil edir. Sürfələrin üst tərəfində olan tünd rəngli ayırıcı lent pomidor minalayıcı güvəsinin sürfəsinin təyinedici əlamətlərindən biridir. Sürfələrin inkişaf müddəti xarici mühit amillərindən asılı olaraq 13-15 gün çəkir.

Pup. Zərərvericinin pupu ilk vaxtlar yaşılımtıl olsa da, sonradan qəhvəyi rəng alır. Uzunluğu 6 millimetrə bərabərdir. Pup müddəti 9-11 günə bərabərdir.

Pomidor minalayıcı güvəsinin əsas qida bitkisi pomidor bitkisidir, lakin zərərverici kartof, badımcan, bibər və s. bitkilərə də ziyan vurur. Yumurtadan çıxan sürfə meyvə, yarpaq, zoğ və gövdəyə girərək qidalanmağa başlayır. Sürfə pomidorun yarpaqlarında iki epidermis arasına daxil olub lağımlar açaraq qidalanır.

Mübarizə tədbirləri

Aqrotexniki mübarizə

İlkin olaraq karantin tədbirləri tətbiq edilərək istixanaya pomidor minalayıcı güvəsinin daxil olmasının qarşısı alınmalıdır. Zərərverici ilə sirayətlənmiş şitillər əkilməməlidir. Sirayətlənmiş bitki hissələri vaxtaşırı yığılmalı, sahədən çıxarılmalı və xüsusi ayrılmış yerlərdə utilizasiya edilməlidir. Pomidor sahəsinə yaxın ərazilərdə və ya sahə daxilində alaq otları mütəmadi təmizlənməlidir (xüsusilə Badımcançiçəklilər (Solanaceae) fəsiləsinə aid olan). Məhsul yığımından sonra sahə bitki qalıqlarından təmizlənməli və dərin şumlama aparılmalıdır. Bitkilərə normadan artıq su və azotlu gübrə verilməməlidir. Növbəli əkin prinsipinə əməl edilməlidir. İstixanaların qapısı iki qatlı olmalı, giriş və havalandırma sistemi tor ilə örtülməlidir.

Biotexniki mübarizə

Zərərvericinin aşkar edildiyi ilkin ocaqlarda müxtəlif tipli tələlərdən (feromon+su tələləri və ya işıq+feromon+su tələlərindən, delta tipli feromon tələlər, yapışqanlı lentlər (tünd rəngli)) istifadə edilir. Tələlər monitorinq məqsədilə 1-2 tələ/ha, mübarizə məqsədilə isə zərərvericinin sayından asılı olaraq 20-40 tələ/ha tətbiq edilir. Tələlər yerdən 20-30 santimetr yüksəklikdə bərabər aralıqlarla yerləşdirilir.

Bioloji mübarizə

Bioloji mübarizə məqsədilə zərərvericinin təbiətdə sayını tənzimləyən həşəratlardan (entomofaqlardan) istifadə edilir. Belə həşəratlardan Nesidiocoris tenuis və Nobis pseudoferus yırtıcıları pomidor minalayıcı güvəsinin sürfə və yumurtaları ilə həvəslə qidalanır. İstixanada bioloji mübarizə məqsədilə yumurta parazitoiti Trichogramma evanescens və yırtıcılardan Nesidiocoris tenuis növünün birlikdə tətbiqinin səmərəliliyi yüksəkdir.

Kimyəvi mübarizə

Zərərvericidə tətbiq edilən kimyəvi preparatlara qarşı qısa müddətdə yüksək dərəcədə davamlılığın yaranması xüsusiyyəti var. Ona görə də eyni tərkibli preparatların tətbiqi qısa müddətdə davamlılığın yaranmasına və aparılan mübarizənin səmərəliliyinin kəskin azalmasına səbəb olur.

Digər tərəfdən yumurtadan çıxdıqdan qısa müddət sonra tırtılların bitki daxilinə keçməsini nəzərə alaraq kontakt təsirli pestisidlərin, bioloji preparatların və tırtıllara qarşı bioloji mübarizə agentlərinin həmin zaman kəsiyində tətbiqi təmin edilməlidir.

Nəticə olaraq qeyd etmək lazımdır ki, pomidor minalayıcı güvəsi ilə mübarizədə ən effektiv üsul bütün mübarizə üsullarının birlikdə və təlimata uyğun tətbiq edilməsidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH