“Portretlər”də yer almış ədəbi düşüncələr
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Muxtar İmanovun “Portretlər” kitabı çap olunmuşdur.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, alimin yeni kitabı 2 hissədən ibarətdir.
Nəşrin birinci “Yazıçılar” bölməsində “Zövqü səfa şairin tənhalığı”, “Hüseyn Cavid və mifoloji düşüncə”, “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” məqalələri yer almışdır.
Kitabın ikinci - “Ədəbiyyatşünaslar” bölməsində isə “Dünənin, bu günün və sabahın ədəbiyyatşünası”, “Elmi düşüncədə və ictimai fəaliyyətdə genişlik”, “Cavabdehlik”, “Kərkük sevdası”, “Mətnlərdən ciddi mətləblərə doğru” sərlövhəli elmi məqalələr nəşr olunmuşdur.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Portretlər” müəllifin sayca 6-cı kitabıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]