Azərbaycan Dövlət İnformasiya Agentliyi

Postmüharibə dövründə diasporun fəaliyyəti necə qurulmalıdır?

Postmüharibə dövründə diasporun fəaliyyəti necə qurulmalıdır?

Bakı, 13 yanvar, AZƏRTAC

Vətən müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun da qarşısında yeni vəzifə və məsuliyyətlər qoyur. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müharibə və onun nəticələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, diaspor və lobbiçilik istiqamətində gələcək fəaliyyət planları ilə bağlı xaricdə yaşayan ziyalılarımızın təklifləri maraqlıdır. AZƏRTAC Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla həmin təkliflərin yer aldığı materialı təqdim edir.

“Ermənistan məsələsi ilə bağlı bütün planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik”

Yaponiyada yaşayan azərbaycanlı alim, Tokio Universitetinin doktoru, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər hesab edir ki, diaspor işi davamlı bir prosesdir. Hər bir mərhələdə yeni məqsədlərlə fəaliyyətə başlayıb nəticələrə nail olmaq lazımdır. “Amma Ermənistan məsələsi proses deyil və başa çatmayan fəaliyyətdir, ona görə də bütün planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik. Ölkədə elm, mədəniyyət, iqtisadiyyat, texnologiya, süni zəka xalqımızın təhlükəsizliyi və Azərbaycanın uğurlu gələcəyi naminə inkişaf etdirilməlidir. Bu istiqamətdə diaspor daha yaxşı vasitə ola bilər. Bu o deməkdir ki, siz hər hansı bir sənədi hazırlayaraq diasporun rəyini aldıqdan sonra onu yenidən işləyib həyata keçirmək üçün təkrar diaspora göndərirsiniz. Diaspor isə bizim haqq səsimizi çatdırmaq üçün hər bir ölkədə yerli media mənbələri ilə əlaqələr qurulmasını davam etdirir. Bütün bu fəaliyyətlər dünyadakı diasporumuz tərəfindən, eyni zamanda, reallaşmalıdır. Bu işdə sosial şəbəkələrdə fəal olan diaspor üzvlərinin dəstəyindən də istifadə etmək olar” - deyə X.Kələntər qeyd edib.

“Xaricdəki azərbaycanlılar ermənilərin təsirində olan mərkəzlərlə dialoq qurmalıdır”

ABŞ-ın Men ştatının "Qaçqınların Məskunlaşması Federal Proqramı"nın əlaqələndiricisi, Meyn-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun fikrincə Vətən müharibəsindən sonra başlayan yeni dövrdə diasporun qarşısındakı əsas vəzifə yenə də siyasi dairələrlə işləyərək təsir imkanlarımızı artırmaqdır: “Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) olaraq lobbiçilik istiqamətində işimizi gücləndirməliyik. Bundan başqa, ikinci mərhələ diasporun yaxından iştirakı ilə lobbiçiliyin koordinasiyalı şəkildə aparılmasıdır. Üçüncüsü, hesab edirəm ki, akademik sahədə fəaliyyətimizi gücləndirib seminarlar, elmi konfranslar keçirməli, tədqiqatlar aparmalı, universitetlərdə güclü təbliğat işi qurmalıyıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq siyasətimizi fərqli qurmalıyıq. Güclü təmsilçilik üçün akademik sahədə də ciddi işlər görülməlidir. Mədəni təbliğatı davam etdirərək mütəmadi şəkildə tədbirlərin keçirilməsini təmin etməli və bu istiqamətdə təbliğatımızı gücləndirməliyik. Biz, ABŞ-da yeni bir proqramla - burada yaşayan azərbaycanlıların ermənilərin təsir etdiyi mərkəzlərlə hansısa formada dialoq qurması istiqamətində işləməyi düşünürük. Amma qarşıdakı 5 il ərzində bizə qarşı nifrətin azalması üçün nəticələr əldə etmək məqsədilə iş mexanizmini indidən düşünməliyik.

Prezidentin sülhməramlı çıxışlarına, sülhə çağırışlarına uyğun olaraq iki xalq arasında təmasların qurulması proseslərinə biz də burada başlaya bilərik. Məsələn, burada sülh proqramları var ki, Fələstindən və İsraildən olan tələbə-şagirdləri gətirir, bir ay ərzində onlar ünsiyyətə girir və bir-birini tanıyır. Bu modeli biz də tətbiq edə bilərik. Eyni zamanda, bu, ABŞ Dövlət Departamentinin qrantları əsasında da təşkil oluna bilər.

Eyni zamanda, ABŞ-da yaşayan gənclər və uşaqlar arasında milli dəyərləri yaşatmaq üçün daimi maarifləndirmə işləri aparılmalıdır. Düşünürəm ki, ABŞ-da azərbaycanlı diaspor gənclərinin düşərgələrini keçirmək olar. Çünki buradan bir çox gəncin Azərbaycandakı düşərgəyə qatılmaq imkanı olmur. Amma bunu ABŞ-ın hər hansı ştatında keçirsək, müxtəlif ştat və şəhərlərdən çox sayda azərbaycanlı gənc qatıla bilər. Yəni gələcəyin liderlərini biz indidən hazırlamalıyıq. Bu istiqamətdə ABŞ-da yaşayan dəyərli ziyalılarımızın potensialından da yararlana, həmçinin Bakıdan da dəvət edə bilərik. Gənclərlə çox işləməliyik ki, onlar bizim səfirlərimiz kimi gələcəkdə millətini yüksək səviyyədə təmsil edə bilsin.

Düzdür biz qalib ölkəyik, amma informasiya müharibəsi dayanmayıb, təxribatlar olur. Odur ki, qələbəmizi daha da möhkəmləndirmək üçün burada siyasi, akademik dairələr və mətbuatla əlaqələrimizi genişləndirməliyik. Kitablar yazılmalı, çap edilməli, ABŞ kitabxanalarında yayılmalıdır. Məsələn, təklif edərdim ki, biz Amerikada yaşayan 100 azərbaycanlı haqqında bir kitab çap etdirib, müxtəlif kitabxanalarda, universitetlərdə geniş yayaq. Bunu başlayıb tədricən həyata keçirməliyik. Dövlət Komitəsi isə müxtəlif ölkələrdəki həqiqi, nüfuzlu diaspor liderləri ilə daha sıx əlaqələr qurmalı, onların fikirlərindən, təkliflərindən faydalanmalıdır”.

“Azərbaycanı dəstəkləyən qrupların formalaşması lazımdır”

Yeni Zelandiyada fəal siyasi fəaliyyətlə məşğul olan, iş adamı Tofiq Məmmədova görə isə müxtəlif ölkələrdəki soydaşlarımızın milli maraqlar üzərində qurulmuş birliyini bundan sonra da qoruyub saxlamaq və möhkəmləndirmək vacib məsələlərdən biridir: “Bu istiqamətdə diasporla yanaşı, həmin ölkələrdəki səfirliklərimiz də böyük rol oynaya bilər. Ümumiyyətlə, xaricdə Azərbaycanı dəstəkləyən qrupların formalaşması və əlaqələrin gücləndirilməsi üçün diasporla səfirliklərin birgə fəaliyyəti zəruridir. Vətən müharibəsi zamanı, informasiya savaşında da Azərbaycan dövləti, xalqı və diasporu bütün gücünü səfərbər edib haqlı mövqeyimizi dünyaya çatdırmağa çalışdı. Bu istiqamətdə müəyyən nəticələr, irəliləyişlər əldə olunsa da, hələ görüləcək işlər çoxdur və bizi qarşıda daha ciddi fəaliyyətlər gözləyir.

Eyni zamanda, azərbaycanlıların bir araya gətirilməsi, onların potensialından düzgün və faydalı şəkildə istifadə olunması vacib amillərdəndir. Bunun üçün müxtəlif ölkə və şəhərlərdəki mədəniyyət mərkəzlərinin sayını artırmaq, olmayan yerlərdə isə yenilərini yaratmaq lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər