Premyer Liqa klubuna latviyalı məşqçi təyin olunub
Bakı, 21 iyul, AZƏRTAC
"İmişli" məşqçilər korpusunu yeni təyinatla gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, latviyalı mütəxəssis Ervins Perkons komandaya köməkçi məşqçisi təyin olunub.
UEFA Pro lisenziyasına malik olan 35 yaşlı məşqçi 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın "Jelqava" və "Super Nova" klublarında baş məşqçi kimi fəaliyyət göstərib, komandaları iki dəfə ölkənin yüksək liqasına çıxararaq, 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb.
Ervins Perkons peşəkar fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]