Premyer Liqa: “Qarabağ”ın səfər, “Neftçi”nin ev sınağı
Bakı, 20 mart, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXV turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Yevlaxda “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Görüş saat 15:00-da start götürəcək.
Hazırda Ağdam təmsilçisi 52 xalla 2-ci, Gəncə klubu 18 xalla 10-cu pillədə qərarlaşıb.
Digər oyunda isə “Neftçi” öz meydanında “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
Paytaxt təmsilçisi 34 xalla 6-cı, İmişlinin eyniadlı klubu isə 22 xalla 9-cudur.
Qeyd edək ki, XXV turun əvvəlki matçlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan Yevlax”ı 1:0, “Sabah” isə evdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Tura martın 21-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.
Müxbir – Ramin Qurban
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]