Premyer Liqa: “Səbail” son dəqiqə qolu ilə “Qəbələ”yə qalib gəlib
Bakı, 7 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələnin eyniadlı komandası doğma meydanda “Səbail”lə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu sonuncu - 90+5-ci dəqiqədə Rüfət Abdullazadə vurub.
Bu nəticədən sonra xallarını 17-yə çatdıran “Səbail” ikinci pilləyə yüksəlib, “Qəbələ” isə 7 xalla səkkizinci sırada qalıb.
Günün ikinci oyununda “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Qeyd edək ki, turun açılış matçında “Zirə” evdə “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanıb. IX tura oktyabrın 8-də keçiriləcək “Sumqayıt” - “Kəpəz” və “Neftçi” - “Qarabağ” matçları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]