Prezident: Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib
Bakı, 23 may, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən bildirib.
Dövlətimizin başçısı son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd edib. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, qarşıdakı dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlər olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]