PREZİDENT FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
YAP-ın icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirmişdir ki, bu Fərmandan irəli gələn vəzifələr ümummilli liderimiz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan iqtisadi inkişafın real davamıdır. Prezident İlham Əliyev qüvvələri ölkəmizin iqtisadiyyatını regionlar üzrə inkişaf etdirməyə yönəltməklə həmin kursu yeni çalarlarla zənginləşdirmişdir. Bütün bu işlər Azərbaycanın daha da qüdrətli dövlət olması, xalqımızın firavan və zəngin yaşaması naminə atılan mühüm addımlardır.
Dəyirmi masada çıxış edən Milli Məclisin deputatları, Məşvərət Məclisində təmsil olunan siyasi partiyaların rəhbərləri və mütəxəssislər Fərmandan irəli gələn vəzifələrdən, ölkəmizin iqtisadi inkişafı üçün hazırlanmış Dövlət Proqramının əhəmiyyətindən danışmışlar.
Qeyd olunmuşdur ki, Dövlət Proqramını layiqincə həyata keçirmək üçün qanunvericilik bazası daha da mükəmməlləşdirilməli, bütün imkanlardan bacarıqla istifadə olunmalı, əhali arasında maarifçilik işi gücləndirilməlidir.