Prezident Gitanas Nauseda: Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır
Bakı, 22 may, AZƏRTAC
Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə mətbuata bəyanatında bildirib.
“Biz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanlar axtarmalıyıq. Biz Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı müsbət qiymətləndiririk. Bu əməkdaşlıq Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərmiş, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etmişdir”, - deyə Litva Prezidenti qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [14:01]
Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
- 30.10.2026 [13:44]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 30.10.2026 [13:41]
Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
- 30.10.2026 [12:45]
Sabah hava əsasən yağmursuz olacaq
- 30.10.2026 [12:06]
Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir
- 30.10.2026 [12:00]