“PREZİDENT HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFTİ” UNİVERSİTETİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ
Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində fəaliyyət göstərən “Prezident Heydər Əliyev və Azərbaycan nefti” universitetinin növbəti məşğələsi keçirilmişdir.
ADNA-nın rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Siyavuş Qarayev məşğələdə çıxış edərək bildirdi ki, bu yaxınlarda ölkəmizin ictimaiyyəti YAP-ın onilliyini qeyd edəcəkdir. 1992-ci ildə Azərbaycanı bürümüş hərc-mərclik, iqtisadi böhran və vətəndaş qarşıdurması 91 tanınmış ziyalımızın yeni partiya yaratmaq məqsədi ilə Heydər Əliyevə müraciət etməsinə səbəb oldu. Noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransı oldu və Heydər Əliyev yekdilliklə onun sədri seçildi. Hazırda partiya öz sıralarında 270 mindən çox üzvü birləşdirir. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı partiyalar kadr potensialına, ictimai-siyasi vəziyyətə təsirinə, dövlətçiliyinə görə YAP-la müqayisə edilə bilməzlər.
Sonra Milli Məclisin deputatı, YAP-ın icraçı katibinin müavini Bahar Muradova çıxış edərək dedi ki, partiya ötən 10 il ərzində öz sıralarını xalqımızın bütün təbəqələrdən olan ən yaxşı nümayəndələri ilə möhkəmləndirərək ümummilli partiyaya çevrilmişdir və doqquz ildən çoxdur iqtidar partiyasıdır. Bütün bunlar Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində mümkün olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]