Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev - müasir beynəlxalq hüquqa böyük töhfə verən praqmatik düşüncəli siyasətçi və diplomat

Prezident İlham Əliyev - müasir beynəlxalq hüquqa böyük töhfə verən praqmatik düşüncəli siyasətçi və diplomat

Bakı, 25 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin iyirmi illik bir zaman kəsiyində dövlətçiliyimizə verdiyi töhfələr və xidmətlər saysız-hesabsızdır. Məhz onun məqsədyönlü siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində mühüm uğurlar əldə edilib, sosial-iqtisadi, siyasi, müdafiə, humanitar və hüquqi sahələrdə ciddi islahatlara imza atılıb. Təbii ki, bütün bu uğurların və nailiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin inamla davam etdirdiyi milli maraqlara və dəyərlərə söykənən məqsədli daxili və xarici siyasət xətti dayanır. Fəxarət hissi ilə qeyd edə bilərik ki, bu gün Prezident İlham Əliyev istər regional, istərsə də universal səviyyədə tarixi hadisələrin gedişatına, xüsusən də sülhün və təhlükəsizliyin, dövlətlərarası əməkdaşlığın, əmin-amanlığın, haqq və ədalətin, qanunçuluğun bərqərar olmasına həlledici təsir göstərmək iqtidarına malik olan dünya səviyyəli tanınmış siyasətçi və diplomat kimi qəbul edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında BDU-nun Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini hüquq üzrə fəlsəfə doktoru, dosent Rahim Məmmədov bildirib: “Biz 44 günlük Vətən müharibəsi dövründə xarici dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların və xarici media nümayəndələrinin suallarını cavablandırarkən ölkə rəhbərinin yüksək intellekt və praqmatik düşüncə sahibi olduğunun şahidi olduq. Hətta ünvanlanan suallar qıcıqlandırıcı olsa da belə, məharətlə və təmkinlə həmin sualları cavablandırması Prezident İlham Əliyevin mahir bir diplomat və siyasətçi olmasından xəbər verirdi. Bir dövlət başçısı olaraq Azərbaycan Prezidenti beynəlxalq hüquqa, onun müəyyən etdiyi dəyərlərə hörmət edən bir şəxsiyyətdir və bu danılmaz fakt onun iyirmi illik prezidentlik fəaliyyətinin amalını təşkil edir”.

Müasir beynəlxalq hüququn məqsəd və prinsiplərinə söykənən xarici siyasət Azərbaycan Prezidentinin əsas prioritetlərindən biri hesab olunur

Ermənistanın ölkəmizə qarşı otuz ilə yaxın davam edən təcavüzü və işğalçılıq siyasətini dəf etmək, işğal olunmuş ərazilərimizin azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi, həmin ərazilər üzərində yurisdiksiyanın müəyyən edilməsi sahəsində ölkə Prezidentinin apardığı xarici siyasət strategiyasını müasir Azərbaycanın xarici siyasətinin qızıl dövrü adlandırsaq, yanılmarıq. Azərbaycan Respublikası öz xarici siyasətini, xarici siyasət maraqlarını beynəlxalq hüquqa və bu hüququn BMT Nizamnaməsində təsbit olunan əsas norma və prinsiplərinə uyğun həyata keçirən sülhsevər dövlətdir. Bu gün Azərbaycanın sülhsevər dövlət olmasını, onun beynəlxalq hüquqa hörmət etməsini sübut edən kifayət qədər faktlar var. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2011-ci ildə Azərbaycan Respublikası iki il müddətinə BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzv seçilib. Bu isə o deməkdir ki, Azərbaycan BMT Nizamnaməsində nəzərdə tutulan dəyərlərə və prinsiplərə sadiqdir və onun xarici siyasəti dinc qonşuluq və əməkdaşlıq prinsiplərinə söykənir. BMT Nizamnaməsinin 23-cü maddəsində vurğulanır ki, BMT Baş Məclisi Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərini seçərkən həmin üzvlərin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına və bu Təşkilatın digər məqsədlərinə nail olunmasına verdiyi töhfəyə lazımi diqqət yetirir. Məhz bunun nəticəsi idi ki, Azərbaycan Respublikası BMT Baş Məclisinin üzvlərinin əksəriyyətinin səs çoxluğu ilə həmin nüfuzlu Təşkilatda təmsilçiliyi və Azərbaycan Respublikası rotasiya qaydasında iki dəfə Təhlükəsizlik Şurasında sədrliyi həyata keçirib. Bu fakt Azərbaycanın BMT sistemində ən böyük uğuru idi və təbii ki, bu uğurun əldə olunmasında ölkə Prezidentinin xidmətləri böyükdür.

Ölkə rəhbəri olaraq Prezident İlham Əliyevin öz dövlətinin siyasi coğrafiyasını dərindən bilməsi və beynəlxalq siyasətin aktorlarına münasibətdə incə siyasət yürütməsi onun mahir diplomat və siyasətçi olmasından xəbər verir. Göründüyü kimi, “öz dövlətinin coğrafiyasını bilmək, öz dövlətinin siyasətini bilmək” deməkdir prinsipi indi də öz siyasi-hüquqi aktuallığını qoruyub saxlayır. Nüfuz və təsir balansının təmin edilməsi və bu əsasda xarici siyasətin həyata keçirilməsi dillə ifadə olunacaq dərəcədə asan məsələ deyil. Milli maraqların təmin olunması, xüsusən də qloballaşma dönəmində olduqca çətin və məsuliyyətli məsələdir. Belə bir çətin yükə sinə gərərək xarici siyasət yürütmək heç də bütün dövlət başçılarına nəsib olmur.

Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılması beynəlxalq hüququn, haqq və ədalətin təntənəsi və qələbəsidir

R.Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun Ermənistanın işğalçı silahlı qüvvələrini darmadağın etməsi regionda siyasi, geosiyasi və geoiqtisadi vəziyyətin köklü şəkildə dəyişməsinə zəmin yaratdı. İlk növbədə, otuz ilə yaxın davam edən işğal faktı aradan qaldırıldı, regionda müharibənin ərazi baxımından arealının genişlənməsi mümkünlüyü minimuma endirildi və nəticədə beynəlxalq hüquqa yeni düzəm gətirilmiş oldu. Bu düzəm dövlətimizin BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunan özünü müdafiə hüququna istinad etməsi ilə bağlı idi. Belə ki, Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük bir zaman kəsiyində beynəlxalq hüququn əsas prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini, BMT TŞ-nin işğal altında olan ərazilərimizlə bağlı qəbul etdiyi məlum qətnamələri əldə rəhbər tutaraq 30 illik erməni işğalına son qoydu və Ermənistanı 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan BMT TŞ-nin qətnamələrinin icrasını təmin etməklə müasir beynəlxalq hüquq tarixinə qeyd etdiyimiz kimi yeni bir düzəm gətirmiş oldu. Ona görə ki, bu ana qədər BMT TŞ-nin qətnamələri BMT Nizamnaməsinin 24-cü maddəsinə əsasən yalnız həmin orqanın özü tərəfindən həyata keçirilib.

Onun sözlərinə görə, bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi isə regionda separatizm meyillərinin qarşısının alınmasına bir daha sipər çəkmiş oldu. Dolayısı ilə erməni separatizmi Azərbaycan tərəfindən dəf edilməklə qonşu ölkələri də, xüsusən Gürcüstanı da real təhlükə və təhdiddən qurtarmış oldu. Azərbaycan Prezidentinin xüsusi nəzarəti altında keçirilən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinə şərtsiz əməl edildi, mülki əhali və mülki obyektlər hərbi hədəf obyektinə çevrilmədi, baxmayaraq ki, Ermənistanın hərbi-siyasi dairələri, Xankəndidə yerləşmiş xunta rejiminin cinayətkar ünsürləri hər vasitə ilə keçirilən əməliyyatın qanuniliyini şübhə altına almağa cəhd edirdilər.

Erməni işğalı altında olan ərazilərimizin ermənilər tərəfindən qeyd-şərtsiz boşaldılması Prezidentimizin həyata keçirdiyi siyasətin təntənəsidir. Bu gün Qarabağ iqtisadi zonasında həyata keçirilən meqa iqtisadi layihələrin də əsas müəllifi Prezident İlham Əliyevdir. Müasir tələblərə cavab verən infrastrukturların qurulması, xüsusən işğaldan azad olunmuş ərazilərimizdə hava limanlarının tikilməsi və istifadəyə verilməsi bu regionun iqtisadi inteqrasiya üçün nə qədər vacib olduğuna bir mesajdır. Nəzərə alsaq ki, Azərbaycan tarixi İpək Yolunun mərkəzində yerləşən, Şərqlə Qərbi birləşdirən əlverişli bir ərazidir. Təbii ki, bu iqtisadi layihələrdən yaralanmaq istəyi dövlətlərə ünvanlanan bir imkan kimi nəzərdən keçirilməlidir. Başqa sözlə desək, erməni təcavüzünün və işğalının aradan qaldırılması regionda iqtisadi inteqrasiya üçün də zəmin yaratmış oldu.

Alim vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasında Çin, Pakistan, İngiltərə, Orta Asiya ölkələri və bu kimi çoxsaylı ölkələr olduqca maraqlıdırlar. Zəngəzur dəhlizi ərazi meyarı nəzərə alınmaqla regional layihə olsa da, o özünün siyasi, geosiyasi və geoiqtisadi əhəmiyyətinə görə meqa layihə kimi nəzərdən keçirilməlidir. Bu layihənin isə əsas memarı və təşəbbüskarı Azərbaycan Respublikasının Prezidentidir. Regionun iqtisadi baxımdan çiçəklənməsində maraqlı olan Azərbaycan “üç üstəgəl üç” formatında region ölkələrinin nəhəng iqtisadi layihələrə cəlb edilməsini özünün xarici iqtisadi siyasətinin prioriteti kimi diqqətdə saxlayır. Məhz bunun nəticəsidir ki, bu gün əksəriyyət dünya ölkələri Azərbaycanla yaxın dostluq münasibətlərinin qurulmasında, ölkəmizdə həyata keçirilən quruculuq işlərində iştirakda maraqlıdırlar.

“Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında, beynəlxalq tribunalarda Azərbaycan xalqına qarşı soyqırımı, təcavüz və müharibə cinayətləri törətmiş erməni cinayətkarlarının məsuliyyətə cəlb olunub cəzalandırılmasının labüdlüyünü qeyd edib. Bu gün Azərbaycan Respublikası beynəlxalq cinayətlərə görə cəzasızlıq sindromunu aradan qaldırmaq istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyev müasir beynəlxalq hüquq qaydasına böyük töhfə verən yüksək intellektli, praqmatik düşüncəli məşhur siyasətçi və nüfuzlu diplomatdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tarixdə yeganə dövlət başçılarından biridir ki, işğala və təcavüzə məruz qalmış ərazini geri qaytarmağı bacarıb. İctimai-siyasi təfəkkür tarixinin görkəmli nümayəndəsi Jan Jak Russonun vurğuladığı kimi, dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib”,- deyə R.Məmmədov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“The Times”: Britaniyanın ABŞ-dəki diplomatı məxfi məlumatların sızmasına görə işdən çıxarılıb

ABŞ Avropadakı döyüş briqadalarının sayını azaldıb

Türkiyənin hakim partiyası Aİ-nin “qlobal güc”ə çevrilməsi üçün şərti açıqlayıb

ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” ilə bağlı fövqəladə vəziyyət elan edib

Alimlər diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlayıblar

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 10 dəniz minası aşkarlayıb

Avropada uşaqların itməsi hallarının 90-dan çoxu internetdə pis yola təhriklə əlaqələndirilir

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Eldəniz Babayev: İncəsənət Azərbaycan və Türkiyənin birliyini möhkəmləndirən körpüdür

“Ebola” virusuna yoluxmuş ABŞ vətəndaşı Berlindəki “Charite” klinikasında müalicə olunacaq

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

BMT AİK rəsmisi: Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri digər ölkələr üçün nümunə ola bilər

ÜHST: “EuFMD” Komissiyasına üzvlüklə bağlı xatirə tablosu Azərbaycan nümayəndəsinə təqdim olunub

“Mançester Siti” xal itirib, “Arsenal” 22 il sonra İngiltərə çempionu olub

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb

Jordi Llopart: BMT qurumlarının parçalanmış deyil, vahid yanaşma ilə fəaliyyət göstərməsi vacibdir

Xalça Muzeyində “Sənət körpüsü... Azərbaycan–Türkiyə” adlı sərgi açılıb

“Qarabağ”ın prezidenti: Biz səs-küylü addımlara deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük veririk

Qurban Qurbanov: Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər

Belçikada Azərbaycan cazına həsr edilmiş konsert olub

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Çin nümayəndəsi: WUF13 şəhərsalma sahəsində təcrübə və innovasiyaların paylaşılması üçün imkan yaradır

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB

Fransada müştəri öhdəliklərini pozan bank 20 milyon avro cərimələnib

WUF13: “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” - rəqəmsallaşma prosesləri elektronlaşdırılır

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Tacikistan və Qazaxıstan tranzit daşımalarının sadələşdirilməsi barədə razılığa gəlib

Serbiyalı mütəxəssis: Dünyanın bütün dövlətlərində mənzili olmayan minlərlə ailələr var

Şərqlə Qərbin mədəni dəyərlərini birləşdirən mərkəz VİDEO

Şərqlə Qərbin mədəni dəyərlərini birləşdirən mərkəz VİDEO

WUF13-də Çinin Ümumdünya Şəhərlər və Ümumdünya Təmizlik günlərinin qlobal tədbirlərinə ev sahibliyi edəcək şəhərlərinin təqdimatı olub

Aysel Yaqubova: Şəhərlər enerjinin əsas istehlakçıları və emissiyalara əhəmiyyətli töhfə verənlərdir

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB VİDEO

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB VİDEO

Kanadalı layihə rəhbəri: WUF13 müxtəlif ölkələrin təcrübəsini öyrənmək baxımından əhəmiyyətli platformadır

Antalyada Azərbaycan incəsənət nümunələri ictimaiyyətə təqdim edilib

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib

Tanzaniya nümayəndəsi: Azərbaycanda mənzil və infrastruktur sahəsində çox böyük inkişafın şahidi olduq

Rüstəm Qasımov: Dayanıqlı şəhərin inkişafı etibarlı enerji mənbələri olmadan mümkün deyil

® “Azercell” “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

Anaklaudia Rossbax: UN-Habitat şəhərlərin rəqəmsal transformasiyası üzrə fəaliyyətini genişləndirir

BMT-nin bölmə rəhbəri: WUF13-ün iştirakçıları Azərbaycanın təcrübəsindən öyrənə bilərlər

Kaori İşikava: Qayğı iqtisadiyyatı qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılmasında vacib rol oynayır

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB VİDEO

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB VİDEO

Sara Sabri: Gələcəkdə şəhərlər uşaqlara uyğun şəkildə planlaşdırılacaq

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları WUF13 “Urban Expo”da konsert proqramı ilə çıxış ediblər

WUF13-ün iştirakçısı: Bakıda görülən işlər yüksək səviyyədədir

Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur

Qazaxıstanlı deputat: Astana və Bakı Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa arasında əlaqələndirici həlqə rolunu formalaşdırır

Bu saata olan əsas xəbərlər

ABŞ Prezidenti: Kubanın narahatlığını həll etmək üçün rejim dəyişikliyinə ehtiyac olmaya bilər

BTİ-nin rəsmisi: Əsas texnologiyalara etimad düzgün hazırlanmış strategiyalar vasitəsilə formalaşır

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb

Balakəndə keçirilən konfransda Qarabağdakı “Ağıllı şəhər” konsepsiyasından və WUF13-ün əhəmiyyətindən danışılıb

Tramp: Çin Sədri İrana silah göndərməyəcəyinə söz verib

UN-Habitat-ın regional direktoru: Şəhərsalma prosesində iqlimə dayanıqlı şəhərlər qurmaq önəmlidir

ABŞ Prezidenti İrana 2-3 gün vaxt verdiyini açıqlayıb

Azərbaycan-Türkmənistan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri nəzərdən keçirilib

Qırğızıstanın tikinti nazirinin müavini: Şəhərlərin tikintisində yeni texnologiyaların istifadəsi zamanın tələbidir

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik VİDEO

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik VİDEO

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib

Azərbaycan və Belarus arasında tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və süni intellektlə bağlı yol xəritəsi hazırlayacaq

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir

Kembric Universitetinin doktorantı: WUF13 müxtəlif layihələri öyrənmək üçün mükəmməl platformadır

WUF13: Meksika pavilyonunda uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb - FOTOLAR

Cəmilə Əsgərova: İnklüziv tədbirlər böyük əhəmiyyət kəsb edir

Erfan Ali: WUF13 bizə bildiklərimizi paylaşmağa fürsət yaradır

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

Malunqo Kisanqano: WUF13-də qəbul edilən qərarlar dayanıqlı şəhərsalma strategiyalarına töhfə verəcək

Türkologiyanın yüzillik yolu: Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkoloji tədqiqatlar - konfrans

Nikolas Boffi: Özəl sektorun tərəfdaş kimi qəbul edilməsi WUF13-ün ana xəttini təşkil edir

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

ABŞ vətəndaşları Ebola virusu ilə əlaqədar bir sıra ölkələrə səfər etməməyə çağırılıb

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

UN-Habitat-ın bölmə rəhbəri: 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur

Liverpul Universitetinin professoru: Əsas məqsəd insanların mənzil təminatı zamanı çətinliklərlə qarşılaşmasının qarşısını almaqdır

Nazir müavini: Bakı Davamlılıq Koalisiyası şəhərsalma və iqlim fəaliyyətlərini bir araya gətirməyə xidmət edir

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclası yekunlaşıb - YENİLƏNİB

İqor Sergeyenko: WUF13 şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platformadır

Anaklaudia Rossbax: Milyonlarla insan qeyri-təhlükəsiz şəraitdə yaşayır

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Azərbaycanın və COP29-un dəstəyindən qürur duyuram

Kubanıçbek Ömüralıyev: Gələcəyimizi düzgün qurmaq üçün dayanıqlı şəhərlərə fokuslanmalıyıq

Avropa fatehlərinin çempionluq təəssüratları: Qələbəni ölkəmizə həsr edirəm

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

Toxumluq sahələrin aprobasiyasına başlanılıb

Dayanıqlı və Sağlam Şəhərlər üçün Sektorarası Fəaliyyət Yolları üzrə Bəyanata qoşulanların sayı açıqlanıb

Qarabağ Universitetində Xalq artisti Fəxrəddin Manafovla görüş

Nigeriyalı mütəxəssis: İqlim dəyişikliyi, sıxlıq və mənzil çatışmazlığı şəhərlərin dayanıqlı inkişafına mane olur

Anar Quliyev: Hər bir insanın mənzilə əlçatanlığı olmalıdır

Rəsul Rza mükafatı laureatlara təqdim olunub

WUF13-də BMT-nin Məskunlaşma Proqramının “World Cities Report 2026” hesabatı təqdim olunub