Prezident İlham Əliyev: Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şərait yaradılıb
Bakı, 17 fevral, AZƏRTAC
Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şərait yaradılıb, alman şirkətləri ilə uğurlu təcrübəmiz var, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələri mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə bildirib.
Dövlətimizin başçısı 2022-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirib, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib.
Prezident İlham Əliyev Mixael Harms ilə söhbət əsnasında Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]
Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO
- 29.09.2026 [01:12]