Prezident İlham Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolu var və ölkəmiz son dövrlər bu sahədə bir sıra vacib addımlar atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada bildirib.
Bərpaolunan enerji sahəsində Azərbaycanda bir sıra layihələrin həyata keçirildiyini, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu, ölkəmizdə istehsal olunan yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan yaradacaq, orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]