Prezident İlham Əliyev: Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
Bakı, 30 iyul, AZƏRTAC
Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərakeşin milli bayramı münasibətilə Kral Əlahəzrət VI Məhəmmədə təbrik məktubunda yer alıb.
Məktubda, həmçinin deyilir: “Əminəm ki, xalqlarımızın rifahı naminə dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.
Dövlətimizin başçısı belə bir əlamətdar gündə Krala möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, qardaş Mərakeş xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:31]