PREZİDENT İLHAM ƏLİYEV “AZƏRBAYCAN” NƏŞRİYYATINDA RƏNGLİ OFSET ÇAP KOMPLEKSİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 9-da Prezident İlham Əliyev “Azərbaycan” Nəşriyyatında istifadəyə verilmiş rəngli ofset çap kompleksi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, 1250 kvadratmetr sahəsi olan kompleksdə Almaniya istehsalı olan “KBA COMET” çap avadanlığı quraşdırılmışdır. Ən müasir sayılan bu texniki avadanlıq, səhifələrin sayından asılı olaraq, saatda 75 min nüsxə qəzet çap etməyə imkan verir. Burada eyni vaxtda iki müxtəlif qəzet çap etmək mümkündür. Nəşriyyatın mütəxəssisləri yeni texnologiyanı mənimsəmək üçün Almaniyada və Moskvada təcrübə keçmişlər.
Dövlətimizin başçısı yeni kompleksdə qəzet çapı ilə tanış oldu, görülən işlərdən razılığını bildirdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





