Prezident İlham Əliyev: Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq
Bakı, 11 oktyabr, AZƏRTAC
Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.
Dövlətimizin başçısı bildirib: “Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [12:21]
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb
- 25.05.2026 [11:58]
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
- 25.05.2026 [11:08]
Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [09:21]
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 24.05.2026 [22:47]