PREZİDENT İLHAM ƏLİYEV “ENERJİ-2007: NEFT SİYASƏTİNİN YENİ ERASI” MÖVZUSUNDA İCLASDA ÇIXIŞ ETMİŞDİR
Xəbər verdiyimiz kimi, yanvarın 25-də Davos Forumu çərçivəsində Konqres Mərkəzində “Enerji-2007: Neft siyasətinin yeni erası” mövzusunda iclas keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının energetika naziri Samuel Bodman, Ukraynanın Baş naziri Viktor Yanukoviç, Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Aleksandr Medvedev, Hollandiyanın “Şell” şirkətinin icraçı direktoru Yeroyn Van der Veer, Çin Xalq Respublikasının Milli İnkişaf İslahatları Komissiyası sədrinin müavini, “Nyu-York Tayms” qəzetindən Tom Fridman, “Exson/Mobil” korporasiyasının nümayəndələri iştirak edirdilər.
APARICI: Prezident Əliyev, xoş gəlmisiniz! Bizim Prezident ötən il ölkədə vəziyyət haqqında verdiyi hesabatda qeyd etmişdir ki, Amerika özünün neftdən asılılığına son qoymalıdır. Lakin inkişaf edən ölkə kimi Azərbaycan həmin neft asılılığının təsirinə başqa formada düşməkdən narahatdırmı? Biz bunu resursların çox olmasından irəli gələn bəla adlandırırıq. Yəni insanlarınızın inkişafı, onların yaradıcılıq və sahibkarlıq keyfiyyətlərinin formalaşması əvəzinə, üstünlük neft və qaz yataqlarında qazma işlərinə yönəlmiş səylərə verilir. Hazırda inkişaf edən ölkənin başçısı kimi Siz resursların çox olmasından irəli gələn potensial bəla məsələsinə necə baxırsınız?
X X X
Dövlətimizin başçısı bununla bağlı iclasda çıxış etdi.