Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib YENİLƏNİB VİDEO

Saatlı, 28 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, 1982-ci ildən istismarda olan açıq paylayıcı quruluşlu 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyası istismar müddətini başa vurduğundan Saatlı rayonunun fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik təchizatını təmin etmirdi. Rayonun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, habelə 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi məqsədilə 110 kilovoltluq “1-ci İmişli” hava xəttindən qidalanan açıq paylayıcı quruluşlu 110/35/6 kilovoltluq “Sarıcalar” yarımstansiyasının yerində iki mənbədən “1-ci və 2-ci İmişli” hava xətlərindən qidalanan qapalı paylayıcı quruluşlu yeni yarımstansiya inşa edilib.

Prezident İlham Əliyev yarımstansiya ilə tanış oldu.

Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkənin hərtərəfli inkişafı üçün həyata keçirdikləri layihələri əks etdirən fotostendlər yaradılıb.

Dispetçer otağında dövlətimizin başçısına məlumat verildi ki, yarımstansiya müasir standartlara uyğun elektron quruluşlu rele mühafizəsi və avtomatika sistemləri, eleqaz və vakuum quruluşlu avadanlıqla təchiz edilib, məsafədən idarəolunan SCADA dispetçer sisteminə qoşulub. Köhnə yarımstansiya 8 kəndi və 3637 abonenti elektrik enerjisi ilə təchiz etdiyi halda, yeni yarımstansiya 15 kəndi, 7222 abonenti, xüsusilə Saatlı rayonunda mövcud olan pambıq zavodunu, daş karxanasını, iri ticarət obyektlərini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələri üzrə inşa olunacaq obyektləri etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi İmişli, Saatlı və Biləsuvar rayonlarının 110 kilovoltluq paylayıcı şəbəkələrini əlaqələndirəcək dairəvi elektrik təchizat sxeminin yaradılmasının ilk mərhələsidir ki, bununla da “Cənub” Elektrik Stansiyasından 330/110 kilovoltluq “İmişli” və iki 220 kilovoltluq “Salyan” və “Masallı” yarımstansiyalarından qidalanan 110 kilovoltluq 11 yarımstansiyanın əlaqələndirilməsini təmin edəcək. Saatlı rayonunda yaradılacaq Aqroparkın elektrik enerjisi ilə təminatı yeni dairəvi sxemlə mümkün olacaq.

Saatlı rayonunda 22547 abonent var ki, onlar rayon mərkəzini və 44 kəndi əhatə edir. Ümumilikdə Saatlı Elektrik Şəbəkəsinin xidməti ərazisində iki 110/35/10 kilovoltluq, səkkiz 35/10 kilovoltluq, üç 35/6 kilovoltluq, 633 ədəd 10/6/0,4 kilovoltluq transformator məntəqəsi mövcuddur. Qısa müddətdə rayonda 32 müasir tipli Komplekt Transformator Məntəqəsi şəbəkəyə qoşulub. Hava xəttində 5215 istismara yararsız ağac dirək dəmir-beton dirəklə əvəz edilib, istismara yararsız naqillər və kabellər dəyişdirilib, Saatlı Elektrik Şəbəkəsinin qoyuluş gücü 85 MVA qədər artırılıb. Elektrik enerjisinin təchizatının yaxşılaşdırılması ilə əlaqədar 35/10 kilovoltluq “Saatlı”, 35/6 kilovoltluq “Muğan” yarımstansiyalarında yenidənqurma işləri başa çatmaq üzrədir. Bu işlər 18 kənddə davam etdirilir. Eyni zamanda, “Azərişıq” ASC Saatlı rayonunda vətəndaşların elektrik enerjisinin istehlakına dair müraciətlərinə baxılması üçün Səyyar “ASAN kommunal” vasitəsilə və regional strukturlar tərəfindən elektron xidmətlər göstərilir.

Dövlətimizin başçısına “Azərişıq”ın fəaliyyəti dövründə Aran regionunda görülən işlər barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, qısa müddətdə 35 kilovoltluq 45 yarımstansiyada təmir-bərpa işləri görülüb. Aran regionunda 250-dən artıq yeni tip Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Region üzrə 120 mindən artıq yeni elektron və smart tipli sayğac quraşdırılıb, İmişli, Sabirabad və Saatlı elektrik şəbəkələri üçün yeni ofis binaları tikilib. Bununla yanaşı, region üzrə hər bir rayon şəbəkəsində yeni yarımstansiyalar inşa olunub. Bunlar Saatlıda tikilən 110 kilovoltluq “Sarıcalar”, İmişlidə 35 kilovoltluq “Məzrəli”, Sabirabadda “Qaratoğay”, Beyləqanda “Xalac”, Ağcabədidə “Qiyaməddinli”, Ağdamda “Qaradağlı”, Zərdabda isə “Məlikli” yarımstansiyalarıdır.

Prezident İlham Əliyev 110 kilovoltluq “Sarıcalar” yarımstansiyası ilə yanaşı, 35 kilovoltluq altı yarımstansiyanı da işə saldı.

Dövlətimizin başçısı müasir avadanlıqların quraşdırıldığı 35 və 10 kilovoltluq Qapalı Paylayıcı Qurğulara baxdı. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb.

Prezident İlham Əliyevə yarımstansiyanın həyətindəki 110 kilovoltluq Açıq Paylayıcı Qurğu haqqında da ətraflı məlumat verildi. Ən son texnologiyalara əsaslanan bu cür layihələr həm paytaxtda, həm də bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib YENİLƏNİB VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Beynəlxalq səyyahlar Şuşada

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir