Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin təhsil siyasəti xoşbəxt gələcək üçün möhkəm təməldir

Prezident İlham Əliyevin təhsil siyasəti xoşbəxt gələcək üçün möhkəm təməldir

Bakı, 20 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə təhsilin inkişafına kifayət qədər önəm verməsinin mahiyyətini ali siyasi rəhbərin gələcəklə bağlı mükəmməl baxışının olması şərtləndirir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə təhsil tariximizin ayrı-ayrı səhifələrinə nəzər salarkən deyib. O bildirib ki, təhsilin qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində 20 il ərzində böyük işlər görülüb. Prezident İlham Əliyev tərəfindən 2013-cü il oktyabr ayının 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması bu sahənin inkişafında yol xəritəsi rolunu oynayıb. Prezident İlham Əliyev 2009-cu il 19 iyun tarixində vətəndaşların Kоnstitusiyada təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edən, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi barədə Fərman imzaladı. Çərçivə qanunu ilə bərabər təhsilin ayrı-ayrı pillələrinin inkişafını təmin etmək, hüquqi bazasını möhkəmləndirmək məqsədilə sahəvi qanunlar da qəbul edilib. 2017-ci il 14 aprel tarixində “Məktəbəqədər təhsil haqqında”, 2019-cu il 29 mart tarixində “Ümumi təhsil haqqında”, 24 aprel 2018-ci il tarixində “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə təhsil islahatlarının daha çevik aparılması, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün münbit şərait yaranmış və prosesin davamlılığı təmin edilməkdədir. Dövlət başçımızın təşəbbüsü ilə təhsilin inkişafı məqsədilə konkret dövrləri əhatə edən çoxsaylı dövlət proqramları imzalanaraq həyata keçirilib.

Ölkəmizdə məktəb infrastukturunun yenilənməsinin, müasir məktəb quruculuğu işlərinin geniş vüsət aldığını deyən İlqar Orucov bildirib ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında məktəb infrastrukturunun yenilənməsinin yer alması ilə son 20 ildə bu istiqamətdə böyük uğurlar əldə edilib. 2003-2023-cü illər ərzində respublika ərazisində 3630 məktəb binası inşa və ya əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib. Bu da ölkə məktəblərinin təxminən 80 faizinin təhsil şəraitinin yaxşılaşdırılması deməkdir. Prezidentin daim diqqətdə saxladığı və böyük qayğı göstərdiyi bu sahə Birinci vitse-prezident Mehriban Əliyevanın da hər zaman xüsusi qayğısını hiss edib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 2005-ci ildən başlayaraq reallaşdırdığı “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının icrası nəticəsində ən ucqar bölgələrimiz də əhatə olunmaqla 100 mindən artıq şagirdin istifadəsinə verilib, 400-dək məktəb binası tikilib və ya əsaslı şəkildə təmir olunaraq təhsilalanların istifadəsinə verilib.

Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, həmçinin “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları ilə davam etdirilib, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması məqsədilə ölkə ərazisində 20-dək uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib. Fondun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.

Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə xərclərinin hər il məqsədli artımı 2003 və 2023-cü illər üçün statistik göstəricilərə münasibətdə daha aydın göstərir. Belə ki, 2003-cü ilin statistikasına əsasən dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat təşkil edirdisə, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4,4 milyard manat olub. Deməli, 20 il ərzində təhsil xərcləri 18 dəfədən çox artıb. Prezident İlham Əliyevin dövlətçilik siyasətində müəllim əməyinin stimullaşdırılması xüsusi önəm daşıyır. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə, eləcə də direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Son illərdə müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu nəticəsində məktəblərə qəbul olunmuş müəllimlərin hər biri sertifikasiyadan uğurla keçib, onların 70-80 faizi 51 və daha çox bal toplayıb, əməkhaqları isə 35 faiz artıb.

“40 mindən çox müəllimin sertifikatlaşdırmaya cəlb edilməsi nəticəsində mövcud pedaqoji heyətin yüksək göstəriciləri ilə onların dərs yükünü artırmaq və beləliklə də, əməyin diferensasiyasını tətbiq etmək mümkün olub ki, hazırda müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edir. Proses davamlı xarakter daşıyır və həm də cəmiyyətdə müəllim nüfuzunun yüksəlməsi ilə bərabər bu peşəyə marağın artmasına gətirib çıxarıb. Müəllim əməyinə həssas münasibəti və qayğını onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə verilən qərarlarla bərabər, həm də hər il dövlət başçısının sərəncamları ilə təhsil işçilərinin mükafatlandırılması və təltif olunması da göstərir”, - deyə o əlavə edib.

İlqar Orucov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsini davam etdirən Prezident İlham Əliyevin dövlətimizin gələcəyinə hesablanmış yüksəkixtisaslı, peşəkar kadr hazırlığının dövlət vəsaiti hesabına təmin edilməsini Dövlət Neft Fondunun vəsaitləri hesabına neft kapitalını insan kapitalına çevirmək paradiqması ilə gerçəkləşdirdiyini vurğulayıb: “2007-ci ildən start verilmiş xaricdə təhsil proqramları artıq bəhrəsini verməkdədir. Prezidentin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilərək və uğurla icra olunub. Dövlət proqramının icrası ilə bağlı bəzi statistik məlumatları qeyd etsək, mənzərə və icra olunmuş proqramın miqyasını daha aydın təsvir etmək mümkün olacaq. Dövlət proqramı çərçivəsində dünyanın 32 təhsiltutumlu ölkəsindən seçilmiş 350-dək nüfuzlu universitetlərdə 3558 nəfərdən 1180 nəfəri bakalavriat, 1430 nəfəri isə magistratura səviyyəsində təhsil alıb. Dövlət proqramı çərçivəsində 692 nəfər təhsilin digər səviyyələrində - aspirantura, ordinatura, rezidentura və doktorantura sahələrində təhsil alıblar. Onlardan 587 nəfər tibb, 27 nəfər elm sahəsi, 22 nəfər iqtisadiyyat və idarəetmə, 17 nəfər hüquq, 14 nəfər sənaye ixtisaslarına yiyələnib. Dövlət proqramı çərçivəsində tərəfdaş proqramlar vasitəsilə ümumilikdə 244 nəfərin xaricdə təhsil xərcləri də dövlət vəsaiti hesabına maliyyələşdirilib. Gənclərimiz üçün növbəti xaricdə təhsil imkanı - “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Prezidentin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib”.

İ.Orucov qeyd edib ki, dövlət başçısının 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Təhsil eksperti dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri kimi məktəbəqədər təhsil sisteminin inkişafına xüsusi diqqətlə yanaşıldığını söyləyib: “Artıq 5 yaşlı uşaqların məktəbə hazırlıq proqramı ilə əhatə səviyyəsi 90 faizə çatdırılıb. Azyaşlıların təhsilə cəlb edilməsi istiqamətində həyata keçirilən maraqlı layihələrdən biri kimi ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə Azərbaycanda, xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi məqsədilə BMT-nin Uşaq Fondunun və Heydər Əliyev Fondunun dəstək verdiyi 2018-2022-ci illəri əhatə edən "İcma əsaslı məktəbəqədər təhsil" layihəsini qeyd edə bilərik. 2018-ci ildə 10 şəhər və rayonda fəaliyyətə başlayan layihə çərçivəsində hazırda 55 şəhər və rayonda 850 icma əsaslı məktəbəqədər hazırlıq qruplarında ümumi uşaq sayı 11 min 535 nəfər təşkil edir. Son 20 ildə ümumi təhsildə məzmun islahatları, infrastruktur yenilənməsi, qanunvericilik təminatı, innovasiyaların tətbiqi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində böyük işlər görülüb, uğurlar əldə edilib. 2003-2005-ci illər ərzində məktəblilərimizin dərsliklərlə pulsuz təmin edilməsi mümkün olub. Həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımızın dərsliklərlə təminatı daim diqqət mərkəzində saxlanılıb, onların dərslik və dərs vəsaitləri təminatını da dövlətimiz davamlı şəkildə qarşılayır”.

Ölkəmizdə olimpiada hərəkatının inkişafına diqqətin artdığını, nəticədə beynəlxalq səviyyəli fənn olimpiadalarında məktəblilərimizin ciddi uğurlar qazandığını vurğulayan ekspert bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilindən start götürmüş "STEAM Azerbaijan“ layihəsi uğurla icra edilməkdədir. STEAM şagirdlərdə fənn münasibətləri, yaradıcı düşüncə, tətbiq bacarıqları və mühəndislik səriştələrini aşılayır.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə və məhz onun təşəbbüsü ilə ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, Azərbaycan-Fransız Universiteti (UFAZ), İtaliya-Azərbaycan Universiteti yaradılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradələri nəticəsində Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində işlər davam etdirilir

“Göründüyü kimi, Prezident İlham Əliyevin siyasi fəaliyyəti dövründə vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olan təhsilə xüsusi həssaslıqla yanaşılıb, təhsilin inkişafı naminə ən ali səviyyədə siyasi iradə ortaya qoyulub. İlham Əliyevin 20 illik prezidentliyi dövründə təhsil sahəsində görülmüş işlər, qazanılmış uğurlar növbəti illərdə dövlətimizin daha yüksək nailiyyətlər əldə edəcəyinə və xalqımızın xoşbəxt, firavan gələcəyinə möhkəm təməl yaradıb”, - deyə İlqar Orucov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür