PREZİDENT NURSULTAN NAZARBAYEV QAZAXISTANIN YENİ HİMNİNİN MƏTNİNİN HƏMMÜƏLLİFİDİR
Sənəddə Qazaxıstanın yeni dövlət himninin qəbul edilməsi nəzərdə tutulur. Respublikada çox sevilən “Mənim Qazaxıstanım” mahnısı himn kimi təklif olunur. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev mahnının mətninə düzəlişlər etmişdir.
Prezidentin deputatlara oxunmuş məktubunda deyilir ki, “təkcə dövlət başçısı kimi deyil, həm də Qazaxıstan vətəndaşı kimi mən, müəlliflik iddiasında olmadan, mahnının mətninin təzələnmiş variantını sizin diqqətinizə təklif edirəm”. Lakin qanuna əsasən, Nazarbayev himnin mətninin həmmüəllifi hesab olunmuşdur.
“Mənim Qazaxıstanım” mahnısının mətni 1956-cı ildə yazılmışdır. Nazarbayev mətndə dəyişiklikləri “müasir reallıqları nəzərə almaqla, ölkənin müstəqilliyini nəzərə çarpdırmaqla” etmişdir.
İqtisadiyyat və Büdcənin Planlaşdırılması Nazirliyinin məlumatına görə, yeni himnin qəbul edilməsinə dövlət 204 milyon tenge (1,5 milyon dollar) xərcləməli olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]