RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 17-də Latviya Respublikasının Prezidenti Valdis Zatlers Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Latviya Prezidenti seçkilərdə qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona növbəti Prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.
Prezident İlham Əliyev təbrikə və göstərdiyi diqqətə görə Latviya Prezidentinə təşəkkür etmişdir.