RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 17-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İlkər Başbuğ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Baş Qərargah rəisi dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik etmiş, dost və qardaş Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətində ona uğurlar arzulamışdır.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirmişdir.